Ordumuz düşmənə ağır zərbə endirdi - VİDEOLAR

  • 27 mart 2016, 09:38
Ermənistan ordusunun döyüş texnikası məhv edilib.

Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən martın 26-da qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinə məxsus canlı qüvvə və hərbi texnika məhv edilib.

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, müdafiənin ön xəttində yerləşən bölmələrimizin açdığı sərrast atəşlə elə ilk mərmilərlə düşmənin hərbi nəqliyyat vasitələri və mövqeləri sıradan çıxarılıb.

Müdafiə Nazirliyi bir daha bildirir ki, Silahlı Qüvvələrimiz düşmənin mülki deyil, yalnız hərbi obyektlərini hədəfə alır.

Qarşı tərəf isə həmişə olduğu kimi yenə də öz itkilərini ictimaiyyətindən gizlədir.
Oxşar xəbərlər