Belçika səfiri PKK-nın aksiyasına görə Türkiyə XİN-ə çağırıldı

  • 21 mart 2016, 12:34
Belçikanın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.  

Reuters agentliyinin verdiyi xəbərə görə, buna səbəb ötən həftə Brüsseldə PKK-ya dəstək aksiyası olub.

Aksiya miqrasiya üzrə Avropa İttifaqı-Türkiyə sammitinin keçirildiyi zaman baş tutub. Bununla bağlı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu belçikalı həmkarı Didye Reyndersə zəng edərək müvafiq tədbirlərin görülməsini tələb edib.

Qeyd edək ki, Kürd Fəhlə Partiyası (PKK) Türkiyə və Avropa İttifaqında terrorçu təşkilat kimi tanınır.

 

Demokratik.Az

Oxşar xəbərlər