Salyanın icra başçısı Tahir Kərimov işdən çıxarıldı

  • 04 mart 2016, 19:40
Azərbaycan prezidentinin müvafiq sərəncamı ilə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov tutduğu vəzifədən azad olunub və bu vəzifəyə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov təyin olunub.
 
Virtualaz.org-un məlumatına görə, bu barədə sərəncamların olması haqda xəbər Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini - Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevin iştirak etdiyi Salyan RİH-də rayon idarə-müəssisə rəhbərlərinin iştirakı ilə keçirilmiş toplantıda açıqlanıb.
 

 

Qeyd edək ki, Tahir Kərimov Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində 2011-ci ildən işləyirdi.
 
Salyanın yeni başçısı Hətəmov Sevindik Hacıağa oğlu 1963-cu il aprelin 7-də Laçın rayonunun Güləbird kəndində anadan olub. 1986-cı ildə Azərbaycan Politexnik İnstitutunun mühəndis- mexanik fakultəsini bitirib.
 
2005-2010-cu illərdə Azərbaycan Respublikasının Milli Məclisiin üzvü, sonralar Azərbaycan Respublikası Prezidenti Administrasiyası Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçisi işlətib.
 
Azərbaycan prezidentinin 10 aprel 2012-ci il tarixli sərəncamı ilə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı işləyirdi.
Oxşar xəbərlər