Azərbaycanda yeni nazir TƏYİNATI

  • 21 fev 2016, 11:31
Naxçıvan Muxtar Respublikasına yeni təhsil naziri təyin edilib.

APA-nın verdiyi məlumata görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.

Sərəncama əsasən Məmməd Qəribov Muxtar Respublikasının təhsil naziri təyin edilib. M. Qəribov bundan əvvəl təhsil nazirinin müavini olub.

Xatırladaq ki, V. Talıbovun 17 fevral 2016-cı il tarixli sərəncamı ilə Piri Nağıyev Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsindən azad edilib.
 
Demokratik.Az
Oxşar xəbərlər