ABŞ donanmasında Ledi Qaqa qalmaqalı

  • 31 yan 2016, 13:19
ABŞ donanmasının kapitanı Mişel Misievisz donanmaya məxsus bəzi gizli məlumatları sızdırdığına görə 40 ay həbs cəzası alıb.
 
Mişel Misievisz otel xərclərini ödəmək və Ledi Qaqanın konsertinə bilet əldə etmək qarşılığında donanmaya aid məlumatları satmaqda günahlandırılıb.
 
O, ABŞ-ın San Dieqo şəhərində "Donanmada rüşvət iddiaları” çərçivəsində aparılan məhkəmədə günahkar hesab edilib.

axar.az