Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

19:20 - 20.11.2019  
İcra başçısı özünə 500 min dollara zirehli maşın alıb - FOTO
Tarix: 25-01-2016, 20:36 | Bölmə: Xəbərlər

İcra başçısı özünə 500 min dollara zirehli maşın alıb - FOTONeftin qiymətinin kəskin düşməsi ilə manatın iki dəfə devalvasiyası Azərbaycanda faktiki iqtisadi böhran yaradıb. Ağır iqtisadi şərtlər xüsusilə əyalətlərdə etiraz aksiyaları ilə müşahidə olundu ki, bu səbəbdən də hökumət bir sıra addımlar atdı - unun qiyməti endirildi, məvacib, təqaüd və sosial müavinətlərdə 10 faizlik artıma qərar verildi. 

Neftin qiymətinin dövlət büdcəsində 80 dollardan 25 dollara endirilməsi, bəzi idarə və komitələrin ləğvinə başlanılması iqtidarın qənaət rejiminə keçdiyini göstərir. Prezident son müşavirələrdə dövlət büdcəsindən ayrılmış vəsaitin israfçılıqla xərclənməsinə toxunaraq, xüsusilə rayonlarda bu işə ciddi nəzarət ediləcəyini deyib. Prezident tapşırıb ki, icra başçıları indi hər 3 aydan bir görülən işlər və xərclərlə bağlı hökumətə hesabat verməlidir. Həmçinin dotasiyaya göz dikmiş rayon icra başçılarının da vəziyyəti nəzərə almalarını, əvvəlki tək arxayın olmamalarını deyib. 

Statistika da göstərdi ki, sosial tələblərlə aksiya keçirilən rayonlara illərlə milyonlarla pul ayrılsa da, nə iş yerləri açılıb, nə də xalqın güzəranının yaxşılaşması üçün lazımi addımlar atılıb. Xalq kasıbladıqca isə icra başçıları daha da varlanıb, özlərinə dəyəri milyonlarla ölçülən mal-mülk alıblar. Aksiyalardan yayılmış videomateriallarda da icra başçılarının harınlaması haqda deyilənlər buna sübutdur.


Belə bir durumda isə Gəncə əhalisini hiddətləndirən bir fakt ortaya çıxıb. Məlum olub ki, Gəncənin icra başçısı Elmar Vəliyev özünə zirehli maşın alıb. Xəbəri verən mənbə deyib ki, icra başçısının Yaponiyada xüsusi sifarişlə yığdırdığı deyilən JEEP-LEXUS 500 min dollar dəyərindədir. 20 AA 001 dövlət seriyalı avtomobili icra başçısının hansı vəsaitlə aldığı məlum deyil. Əvvəl Yevlaxda, sonra isə Gəncədə icra başçısı işləyən Elmar Vəliyev üçün 500 min dollar elə də böyük xərc deyil və bunu şəxsi büdcəsindən də ödəyə bilər. Yeri gəlmişkən, ilk devalvasiyadan - 21 fevraldan bir neçə gün öncə icra başçısının banklardan birindən 2 milyon dollar aldığı barədə xəbərlər yayılmışdı.  


İcra başçısı özünə 500 min dollara zirehli maşın alıb - FOTOƏlbəttə, hər kəs, o cümlədən icra başçıları da öz vəsaitləri ilə istədikləri avtomobili ala bilərlər. Amma indiki həssas məqamda icra başçısının zirehli maşına minməsi diqqət çəkir. Əvvəla, prezident tapşırıb ki, icra başçıları özlərini xalqdan üstün tutmasınlar, onların arasında olsunlar, dərd-sərlərinin dinləsinlər. İkincisi, hətta şəxsi vəsaitlə belə prezidentin rayondakı nümayəndəsinin krizis dövründə çox dəbdəbəli avtomobilə minməsi istər-istəməz diqqət çəkir, əhalidə qıcıq doğurur. Neft böhranının vurduğu Rusiyada artıq bir müddətdir ki, yerli qubernatorlar nəinki dəbdəbəli istirahət edə, heç bahalı xidməti maşına belə minə bilmirlər. Azərbaycanda isə, görünür hələ ki, hər şey əksinədir: icra başçıları xalqın çətin durumunda belə xarici ölkələrdə istirahətlərindən qalmırlar, dəbdəbəli həyatlarını davam etdirirlər...

E.Vəliyev dəbdəbəli həyata meyilli məmurlardandır. Təxminən 1 il öncə mətbuatda onun oğlunun Bakıda və Gəncədə kartejlə gəzdiyinə dair məlumatlar yayılmışdı. Xəbərdə bildirilirdi ki, Elmir Vəliyev güclədirilmiş mühafizə altında və kortejdə gəzir. Kortejdəki maşınların bir neçə yüz min dollar olduğu iddia olunurdu. Başçı oğlunun LEXUS, "Galendevagen”, BMW və s. bu kimi bahalı markalardan olanda maşınlarda gəzdiyi yazılırdı.

 ("Yeni Musavat")
Xəbər 2858 dəfə oxunub






Oxşar xəbərlər

Bakıda gəlin maşını yandı - VİDEO
ADAU-da əcnəbi tələbələrlə görüş keçirilib
Aralıq qiymətləndirmə davam edir
Prokuror naxçıvanlı iş adamını güllələyən "Hozu"ya cəza istədi
Prezident iki icra başçısının yerlərini dəyişdi
ADAU qarışdı! İbrahim Cəfərov Ağdam qaçqınına hücum çəkdi - NİYƏSİ
"SSRİ-də rusları niyə sevmirdilər... "- Pozner
Qarakənd faciəsindən 28 il ötür
Eldar Əzizov Abutalıbovun korrupsiya yuvasının “işığı”nı söndürdü
Sumqayıtda 70 illik yubiley coşqusu - FOTOLAR
Erməni tərəfi atəşkəs rejimini 23 dəfə pozub
“Space TV”dən Elçin Əlibəyli ilə bağlı – AÇIQLAMA
Ziya Məmmədovla Səfər Əbiyevi nə birləşdirir?
İRANDA GƏRGİNLİK! Etirazlara rəhbərlik edənlər edam olunacaq
Sabiq baş nazir Prorektor oldu - TƏYİNAT
Arvadı Elçin Əlibəylini döyüb xəstəxanalıq edib?
İsgəndər Həmidov siyasətdən getdi
Hicran Hüseynova Ağdama vertolyotla endi - NONSENS
"Baklift"in sabiq rəisi barəsində cinayət işi başlanıb
İsveç "WikiLeaks"in qurucusu ilə bağlı istintaqı dayandırır
Xəzər dənizində batan şəxsin meyiti tapılıb
Batan başqan Hacılının “Yeni Müsavat”a ittihamı...
Baş nazir Ayaz Mirzəyevi işdən çıxardı
Rafael Hüseynov: “Diaspor yox, diaspora yazılmalıdır”
Əliyev və Ərdoğan İpsalada “Biz hazırıq” mesajı verəcək
Prezident Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib- FOTOLAR
Akif Çovdarovla bağlı ilginc iddia - məktub
Ermənilər Rusiyada etiraza qalxdılar – Rusiyaya qarşı!..
"Özgün Yapı A.Ş" yolları keyfiyyətsiz materiallardan çəkir? - Foto - Video
Əlövsət Əliyevin barəsində həbs qərarı - oğlu danışdı
Sarkisyan aprel döyüşləri ilə bağlı ifadə verəcək
Agentlik rəhbərinin cinayət işi məhkəməyə göndərildi
Əhmədzadənin 26 illik xanədanlığına son qoyulur - DAHA İKİ QURUM BİRLƏŞİR
Plyonka ilə bağlı tapşırıq!
Prezident İlham Əliyev Vasif Talıbovu qəbul edib - FOTO,VİDEO
ADAU-nun prorektoru Varşavada mühazirə söyləyib
Gəncə İHB-nin Avtonəqliyyat və sərnişindaşıma idarəsinin fəaliyyətsizliyindən - ŞİKAYƏT
Şəkidə oğurluq edən şəxslər saxlanılıb
Göygölün "dımbılı cuvar"ı "ÖLÜM İŞİ"ndən necə sıyrılıb? - ŞOK FAKTLAR
Rusiya ilə heç vaxt bu ittifaqı qurmayacağam - Lukaşenko
Atatürkün oxşarları mübahisə etdi: “Ən çox mən oxşayıram...”
Narkotik satmaq istəyən Şəkiyə gəlsin: MÜƏMMA
Əziz Əzizov bacıoğlusunu da Suraxanı İHB-yə apardı
Əli Həsənov yenə Əli Kərimlidən yazdı
Paşinyan da narkomandır? – Qəribə görüntülər yayıldı – (VİDEO)
Ölkənin çaylarında sululuq səviyyəsi dəyişdi
Mehriban Əliyeva Milli Dirçəliş Günü münasibətilə xalqı təbrik edib
17 Noyabr Milli Dirçəliş Günüdür!
Gürcüstan parlamentinin qarşısında növbəti aksiya
Mandatı təhvil ver, İqbal Məmmədov! - MƏKTUB
ABŞ Prezidenti Böyük Britaniyaya səfər edəcək
Nazir yeni rəis təyin etdi
Polis Akademiyasının kursantları bilik yarışına qatılıb
Abşeronda qəza: laboratoriya müdiri öldü
Gəncədə həyat yoldaşını qətlə yetirən şəxs saxlanıldı
“Prezident idarəçilik sisteminə yenilik gətirdi” - DEPUTATLARIN FİKİRLƏRİ
Natiq Cəfərli: “Ən ciddi korrupsiya büdcə vəsaitləri ilə bağlıdır”
Bu şəxslərə hər saat üçün 15 manat ödəniləcək - QƏRAR
Azərbaycanın yeni ombudsmanı kim olsun?
Almaniyada “mühacir alveri” əməliyyatı böyüyür - şok faktlar, ittihamlar...
Rəfail Piriyev deportasiya ediləcək
Gələn il ailə xərclərimiz artacaq – iki səbəb
"Türk Hava Yolları" 29 il əvvəl təyyarədə doğulmuş şəxsi işə götürüb
Yerevanda Rusiya səfirliyi qarşısında ETİRAZ
Prezident Bilal Əliyevə mənzil bağışladı
"YOL VERİN, QUDAM GƏLİR" - Azərbaycanda quda olan məmurlar - SİYAHI
Mühacir qalmaqalı Arif Hacılı ilə Mir Şahin Ağayevi üz-üzə qoydu - QALMAQAL
ADAU-da tələbələrə karyera planlamasına dair seminar keçirilib
“Fədayəyə oxumağı mən öyrətmişəm, nə danışdığını bilmir” – Tacir – VİDEO
Azərbaycanda istilik mövsümünə start verilir

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.30507] initstartout [0.00025] initstartin [0.00125] calstart [0.01410] calend [0.00092] topnewsend [0.00683] rsssend [0.00000] ehgend [0.04154] tagsstart [0.00064] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.23949]