Mədət Quliyev Milli Təhlükəsizlik nazirinin birinci müavini təyin edildi - Sərəncam

  • 20 okt 2015, 21:18

Pezident İlham Əliyev Mədət Quliyevin Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini təyin edilsin".


Qeyd edək ki, MTN-ə nazir təyin olunana qədər Mədət Quliyev nazirin səlahiyyətlərini icra edəcək.
 
Demokratik.Az
Oxşar xəbərlər