Azərbaycanda bələdiyyə seçkisi keçirilir

  • 23 dek 2019, 09:30

Bazar ertəsi Azərbaycanda keçirilən seçkidə təxminən 15 min bələdiyyə üzvü yeri uğrunda 41 min 500-ə yaxın namizəd mübarizə aparır.

Bu barədə Demokratik.Az-a Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat veriblər.

MSK-nın məlumatına görə, 5 milyon 20 mindən çox seçki bülleteni çap edilib.

Ölkə üzrə 1600-dən çox bələdiyyə var.

Səsvermə səhər saat 08:00-da başlayır, axşam saat 19:00-da başa çatır.

Azərbaycanda bələdiyyə seçkiləri 1999-cu ildən keçirilir. Bu il keçiriləcək seçkilər sayca 5-ci olacaq.

Son dəfə bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.

Oxşar xəbərlər