“Boltonun Qarabağla məşğul olmağa vaxtı yoxdur, onun diqqəti İrana yönəlib”

  • 21 iyun 2019, 18:22

"ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun keçən il Cənubi Qafqaz ölkələrinə turnesi, həmçinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün Vaşinqtonda keçirilməsi Birləşmiş Ştatların bölgədə daha aktiv rol oynamağa başlamasının əlamətləridir”.

Bu sözlər Karnegi fondunun elmi əməkdaşı Pol Stronskinin BBC-yə verdiyi müsahibədə səsləndirilib. Lakin onun fikrincə, hazırda Con Boltonun əsas diqqəti İrana yönəlib. Daha doğrusu, onu iki ölkənin İranla iqtisadi əlaqələri maralandırır: "Burada isə Ermənistanın ünvanına daha sərt iradlar deyilə bilər”.

Onun sözlərinə görə, Qarabağ ABŞ-ın Rusiya ilə məhsuldar şəkildə əməkdaşlıq etdiyi nöqtələrdən biridir: "Donald Tramp beynəlxalq arenada nəsə yaxşı bir iş görmək istəyir. Buna görə də Ağ Ev administrasiyasının Dağlıq Qarabağ problemi üçün qollarını çırmalaması sevindirici haldır. Bu, o qədər də diqqət çəkməsə də ciddi nəticələr verə bilər”.

Lakin ABŞ-ın Ermənistandakı keçmiş səfiri Con Evans bir qədər fərqli düşünür. Amerikalı diplomatın fikrincə, Con Boltonun əslində Qarabağla məşğul olmağa vaxtı yoxdur. Onun bütün fikri İran ətrafındadır.

BBC-nin rəyini aldığı erməni ekspertlər isə son diplomatik addımların təsiri ilə münaqişə bölgəsində gərgnliyin azaldğını iddia ediblər.

"İnternational Crisis Group”un Cənubi Qafqaz üzrə məsləhətçisi Olesya Vartanyan təmas bölgəsində atışma hallarının azaldığına, iki ölkənin müdafiə nazirlikləri arasında rabitənin qurulmasına diqqət çəkib.

"Barış resursları” təşkilatının Qafqaz proqramının direktoru Lorens Broer isə Minsk qrupu çərçivəsində təmasların artmasının situasiyanın normallaşmasında böyük rol oynayacağını söyləyib.

Demokratik.Az

Oxşar xəbərlər