Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

06:39 - 26.06.2019  
Vaqif Abdullayevin yeni kitabı: “ Heydər Əliyev Milli – Siyasi Elitamızın Zirvəsi”
Tarix: 5-04-2019, 20:02 | Bölmə: Xəbərlər

Vaqif Abdullayevin yeni kitabı: “ Heydər Əliyev Milli – Siyasi Elitamızın Zirvəsi”5 aprel - Bakı: Siyasi elmlər doktoru, YAP siyasi Şurasının üzvü, professor Vaqif Abdullayevin Heydər Əliyev Milli – Siyasi Elitamızın Zirvəsi” adlı yeni və nəfis tərtibatlı kitabının təntənəli təqdimat mərasimi keçirilib. Azərbaycan Atatürk Mərkəzində baş tutan ədəbi – siyasi mərasimdə Milli Məclisin deputatları, tanınmış ziyalılar və bir sıra media nümayəndələri də iştirak edib. 
Tədbiri giriş sözü ilə açan Milli Məclisin deputatı, Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov təqdim edilən kitabın özəllikləri barədə geniş və maraqlı nitq söyləyib.Tanınmış akademik Ulu Öndərin həyat yoluna və siyasi karyerasına ekskursiya edərək bir çox maraqlı məqamları, xüsusilə kitabın mövzu və ədəbi tərtibat baxımından original üslubunu, əhatəli və dolğun olmasını diqqətə çatdırıb. 
Vaqif Abdullayevin yeni kitabı: “ Heydər Əliyev Milli – Siyasi Elitamızın Zirvəsi”Nizami Cəfərov qeyd edib ki, Bakı Atatürk Mərkəzi olaraq qardaş ölkənin – Türkiyənin tarixi şəxsiyyəti, Ümummilli lideri Mustafa Kamal Atatürkün irsi tədqiq edilərkən təkcə tarixi faktlara, siyasi və sosial dəyərləndirmələrə deyil, eləcə də bəzi şəxsiyyətlərin Atatürk haqqında fikirlərinə həssasla yanaşılır. Buna misal olaraq, məhz mərhum Heydər Əliyevin Atatürk haqqında – dahinin dahi haqqında məcmu halına salnmış əvəzedilməz fikirlərinə elmi nəzəriyyə kimi baxıldığı natiqin dililə qeyd edilib. Deputat hər iki tarixi şəxsiyyətin məşəqqətli və çətin həyat sınaqlarında, dövlət quruculuqlarındakı azman xüsusiyyətlərində bənzərlik və oxşarlıq da axtarıb. 
Deputat bildirib: "Ulu Öndərin Atatürk haqqında bənzərsiz fikirləri təbii siyasi və çətin həyat praktikasına əsaslanır. Heydər Əliyevin Atatürk barədə məntiqi düşüncəsi türk dahisini yaxından tanıması, həyatlarındakı bənzər hadisələrlə bütövləşir. Bu mənada Vaqif Abdullayevin də kitabındakı səmərəli təqdimat müəllifin Heydər Əliyevi şəxsən tanımasına, Ulu Öndərin siyasi kursuna bələd olmasına əsaslanan ən mühüm amildir. Ən əsası, ərsəyə gəlmiş belə bir kitabın uğur meyarı məhz Ulu Öndər mərhum Heydər Əliyevin özünün dahiliyinin zirvəzisidir”. Deputat dostu Vaqif Abdullayevə növbəti uğurlu kitabları yazmağı arzulamaqla nitqini yekunlaşdırıb.
Ardınca, Milli Məclisin deputatı Musa Quliyev də müəllifi kitab münasibətilə təbrik edib. Deputat həmkarının münasibətinə dəstək olaraq onu əlavə edib ki, kitabın əsas özəlliyi Heydər Əliyev nümunəsində milli-siyasi elitanın təqdim edilməsidir. Deputat vurğulayıb ki, mövzu geniş tədqiq edilməyə ehtiyac duyur və Vaqif Abdullayevin qiymətli təşəbbüsü, vacib sosioloji-siyasi nəzəriyyəyə töhvəsi kimi qiymətləndirilməlidir. 
Xalq şairi, yazıçı və dramaturq Nəriman Həsənzadə isə Heydər Əliyevi xatırlayaraq duyğusal çıxışa üstünlük verib. Sitat: "Xatırlayırsınızsa, Azərbaycana "El bilir ki, sən mənimsən..” deyən Heydər Əliyev efirdə kövrəlmişdi, öndər o qədər sadə və kövrək idi ki, hamı özünü onun yanında çox sərbəst hiss edirdi. Bu onun dahiliyi idi”. 
Şair də öz növbəsində kitab müəllifinə uğurlar arzulayıb.
Vaqif Abdullayevin yeni kitabı: “ Heydər Əliyev Milli – Siyasi Elitamızın Zirvəsi”Aqil Abbas da maraqlı çıxışı ilə yadda qalıb. Deputat Heydər Əliyev irsindətədqiq edilən bütün məqamları uğur adlandırıb. Müəllifin əsərində elitar ifadəni xalqın qabaqcıl ziyalısı kimi xarakterizə edib. Aqil Abbas da bildirib ki, kitab təsadüfün məhsulu deyil və Vaqif Abdullayev Heydər Əliyev məktəbinin ən parlaq müdavimlərindəndir. Deputat Vaqif Abdullayevi sadiq dost, vicdanlı və vətənpərvər ziyalı adlandıraraq kitaba görə təbrik edib.
Deputat Çingiz Qənizadə də kitab müəllifinin şəxsi keyfiyyətlərini qabardıb. Vaqif Abdullayevi Ulu öndərin ideyalarının ən uğurlu təbliğatçısı adlandırıb. Onu da bildirib ki, kitabın mahiyyətindəki siyasi liderlik qabiliyyəti, qətiyyət və əzmkarlıq örnəkləri Heydər Əliyevin timsalında müasir gəncliyə örnəklər vəd edir. "Kitab ulu öndər dühası ilə başlasa da, Əliyevlər ailəsinin portretini, siyasi elitamızın portretini də görürük. Kitab həm tarixi, həm siyasi, həm də həqiqi milli-siyasi elitanı layiqincə təzahür edir”-deyə, Qənizadə bildirib…
Sabiq Metropoliten rəhbəri, YAP Yasamal rayon təşkilatının sədri, YAP Siyasi Şurasının üzvü Tağı Əhmədov da söz alaraq Vaqif Abdullayevi ulu öndərin məsləkdaşı, silahdaşı adlandırıb. Kitabın yazılmasına sevincini gizlətməyib və Heydər Əliyev adına Universitet yaradılmasını təklif edib. 
Vaqif Abdullayevin yeni kitabı: “ Heydər Əliyev Milli – Siyasi Elitamızın Zirvəsi”Deputat Mais Səfərli isə, öz çıxışında millətimizin özünə şərəfli tarix yazan xalqlardan biri olduğunu söyləyib. Kitabın ali məktəblərdə dərs vəsaiti kimi, insanların stolüstü mütaliyə kitabı kimi də istifadə oluna biləcəyini qətiyyətlə qeyd deyib.
Yunus Oğuz: "Dövlətlərdə vəzifə başına keçən milli-siyasi elitar təbəqələrin mövcudluğu vacib və qaçılmazdır. Kitabda yazıldığı kimi, mərhum Heydər Əliyev də məhz ziyalılıqdan milli siyasi elitaya transformasiya olunan tarxi şəxsiyyətlərdəndir”.
Tədbirdə iştirak edən tanınmış jurnalist Yunus Oğuz isə ifadə edib ki, kitab müəllifi mövzu aktuallığı yönündən bir ilkə imza atıb, kitabın milli siyasi elitamızın təbliğinə töhfə verəcəyinə inandığını deyib.
Qonaq qismində tədbirdə jurnalist Tapdıq Abbas da çıxış üçün söz istəyib. Jurnalist kitab müəllifinin parlaq karyera keçmişinə də toxunub və Vaqif Abdullayevin Beyləqanın sabiq icra başçısı olduğu dönəmlərdə rayonda gördüyü təqdirəlayiq işlərə xatırlatmalar edib. Onun həm də vicdanlı məmur olmağı bacardığını xatırladaraq kitabın nəşrini təqdir edib.
Vaqif Abdullayev barədə digər tədbir iştirakçıları da xoş fikirlər deyərək sabiq millət vəkilinin, sabiq icra başçısının şəxsi keyfiyyətlərinə, idarəçilik qabiliyyətinə heyranlıq ifadə edilib.
Tədbirin sonunda Vaqif Abdullayev Atatürk Mərkəzinin rəhbərliyi başda olmaqla, bütün tədbir iştirakçılarına səmimi minnətdarlığını bildirib. "Dəyərli dostlar, kitablar əlbəttə oxumaq üçündür, fikir bildirmək üçündür. Öz kitabım haqda onu deyə bilərəm ki, Azərbaycanımızı mərhum Heydər Əliyevsiz təsəvvür etmək mümkün deyil. Hər birinizə təşəkkürümü bildirirəm”.
Sonda, biz də öz növbəmizdə cənab Vaqif Abdullayevə yeni bədii yaradıcılıq uğurları, mərhum Heydər Əliyevin irsinin təbliği yolunda qətiyyət və fədakarlıq arzu edirik…
Osman Nərimanoğlu 

"Demokratik.Az"

Bakı

Xəbər 1468 dəfə oxunub






Oxşar xəbərlər

Prezident Ramil Usubovu qəbul etdi – Foto
Köçəryan yenidən həbs olundu
Şirməmməd Hüseynovla vida mərasimi keçirilib
ATƏT-in nümayəndə heyəti Ağdama gəlib
İsmət Abbasovun oğlu radikal dini təriqətə üzv olub
Professor Şirməmməd Hüseynov dünyasını dəyişib
İSTANBUL MERİNİ SEÇDİ! Qalib yenə Əkrəm İmamoğludur
“Megafun”da dəhşətli partlayışın görüntüləri yayıldı — VİDEO
Təhsil eksperti Əmrullayevkimiləri və təhsil səviyyəsini qınadı
“Hər bir şəxs bilməlidir ki,...” — İlham Əliyevdən məmurlara XƏBƏRDARLIQ
Kərimovlar ailəsinin milyardları ölkəyə qaytarılır
"Megafun"da partlayış: tanınmış müğənni və övladı xəsarət aldı
İstanbulda bələdiyyə səsverməsi başlayıb
Yabanı çətənə kolları aşkar edilərək yandırılıb
İlham Əliyev niyə məhz onları seçdi? – Kodlar açılır
Dünyanın yarısı milyonerlərə məxsusmuş...
Repressiya qurbanı olmuş qələm sahiblərimiz
Fuad Abbasovun ailəsinin yaşadığı evdə axtarış aparılıb
Elçibəyin təyin etdiyi icra başçısı niyə güllələndi?
İqtidardakı kadr dəyişikliyinə müxalifət nə deyir - rəylər
Deputat: "Biz ermənilərlə birgə yaşaya bilərik"
Əli Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin kollektivinə təqdim edilib
Ramil Usubov daha yüksək vəzifəyə təyinat alıb
İran ABŞ texnikasını BELƏ MƏHV ETDİ - VİDEO
Ramil Usubovdan DİN-nin şəxsi heyətinə xoş MÜRACİƏT
Donald Tusk: "Brexit" sazişi layihəsi dəyişdirilə bilməz"
“Boltonun Qarabağla məşğul olmağa vaxtı yoxdur, onun diqqəti İrana yönəlib”
“MƏMMƏDYAROV HEÇ BİLMİR FUTBOL NƏDİR…” - Aqil Abbas
Rektorun evi qarət olundu: Hadisə niyə gizlədilir?
Gürcüstanın parlament sədri impiçment edilə bilər
Xatirə toyda biabırçı geyimdə - VİDEO
Gəncədə idarə etmədən çıxan motosklet aşıb
Novruz Məmmədov nazirləri topladı - TƏCİLİ
QHT sədri Lider TV-də siyasi verliş aparacaq
Prezidentdən böyük dəyişikliklər - yeni görəvə gətirilən generalların dosyeləri
Vilayət Eyvazov daxili işlər naziri təyin olunub
DTX-nın yeni rəisi Əli Nağıyev oldu
Toğrul Əsgərov millidən kənarlaşdırıldı
Elinanın qəbri təhqir edildi – Yeni cinayət işi başlandı
Mədət Quliyev DTX-nin rəisi vəzifəsindən azad edilib nazir təyin edildi
Odlar Yurdu Universitetində pedaqoji heyətin attestasiyası keçirilir
“Hökumət Buludu” hökumətə nə vəd edir?
Sarkisyanın qarşısında baş əyən “Qaçqınkom” sədrinin fiaskosu: Rövşən Rzayev uğursuzluğu
Sabiq nazir ölkədən 14 milyon dolları NECƏ ÇIXARDI?
Makron Zelenski ilə razılaşdı: Putinlə görüş olacaq
Elçibəyin ailəsi Birinci vitse-prezidentə təşəkkür edib
VERGİLƏRİN SƏRTLƏŞƏN ÜZÜ… – Sahibkarların qorxusu əsaslıdırmı?
Saakaşvilidən Kiyev şəhəri ilə bağlı inanılmaz təklif
Aİ ayrı ölkələr üçün vizasız rejimi dayandıra bilər
Dünya çempionumuz yeni qurum yaratdı
Ağstafada qətliam qan davasıymış
Sabirabadda otyandıran manyak peyda olub
Türkiyə-ABŞ ziddiyyətinin əsas səbəbi iddia olundu
Eldar Sabiroğlu oğlundan imtina edib?
Qobu qəsəbəsində iki qardaş qonşular tərəfindən döyülüb
Sabirin büstü bu abırda - Cəlilabadda etiraz + FOTO
Qumarda borc aldığı 427 min dolları uduzdu
Gəncədə tanınmış idmançının oğlu 1 manata görə öldürüldü
Azərbaycanlı hakim UEFA-dan təyinat alıb
Kredit faizləri niyə yuxarıdır - ilginc faktlar
Dünyanın ən seksual qadını seçildi – FOTO
Qarabağda müharibə küləyi əsir - EHTİMAL
Ağstafada 8 nəfərin avtomatla güllələnməsiylə bağlı RƏSMİ AÇIQLAMA
Türkiyədə erməni dilində İLK KANAL AÇILDI: Ərdoğan da dəstəklədi - FOTO
Xırdalanda kişi 4-cü mərtəbədən yıxılıb
Türkiyə Silahlı Qüvvələri 77 PKK terrorçusunu zərərsizləşdirib
“Odlar Yurdu” Gənclər İB 7 yaşında
Tarixi debat bitdi, müzakirələr alovlandı - Video
Maykl Pompeo: ABŞ İranla müharibə istəmir
Pənah Hüseyn Surət Hüseynova od püskürdü: “... Qələt eləyir..”

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.25437] initstartout [0.00018] initstartin [0.00095] calstart [0.01582] calend [0.00067] topnewsend [0.00555] rsssend [0.00000] ehgend [0.01616] tagsstart [0.00076] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.21424]