Ey MƏ! – Yalanlarınla MƏLƏMƏ! - Jurnalistdən Savadsız statusmenə 2-ci DƏRS

  • 26 avq 2018, 15:15

Məhəmmədəli Qəribli adlı bir qəzet "müxbiri”, qondarma və lazımsız statuslar yazan savadsıza növbəti dərsimizə keçirəm...

Adam elə bil kor atdır – şantaj və yalanlarla kişnəyib üstümə gəlir... Nə nalı, nə yüyəni var, yəhərindəki adam da kimlərdisə, baş eləyə bilmir ki, cəmiyyət anlasın bunun nə olduğunu. Mən də bilərdim, təhqir edəndən sonra NƏ istəyir?..

Amma gəlsin, eybi yox, ona bir nalbəndlik edəcəm ki, bu ağılsız yaşından (görmüşük 40-da adama ağıl gələr) ta ölüncəyə qədər xırlıqda da, daşlıqda da yorğa gedəcək...

Aman allah, bu kor atın deyəsən mənə kimi kor da nalbəndləri olub. Amma söz, onu elə nallayacam ki, yarış atlarından da yeyin qaçacaq!..

Bir neçə gündür yazdığını özü səviyyədə olanlardan başqa, kimsələr anlamayan, adıma olmazın təhqir və yalanlar yağdıran bir nəşriyyat MƏ-si deyəsən yarasalaşa-yarasalaşa gedir. Bu yarasa xasiyyətli gündüzlər varlı yaşamı sürür, qolf oynayır, qeybət yığıb gecənin qaranlığında ünvanıma hücum çəkir. Mən yuxuda ikən, kəmfürsət zəif yerimdən yapışır...

Amma Məhəmmədəli! Adıma OS dedin deyə yazımın sonunacan sənə MƏ deməyəcəm. Özünü hiss et deyə, adekvat kobudluğa yol verdim. Oxuculara bir üzür məndən!

Yenə kor qələminlə meydan sulamısan, gecənin korunda. Kişiliyə, mənliyə yaraşmayan notalarına bircə bunu deyəcəm – Təəssüf ki, Azərbaycanda sən də özünü jurnalist sanırsan. Bu əxlaqına, yaza və düşünə bilmədiyinə görə, cibində gəzdirdiyin müxbirlik kağızın da, 100 manatlıq iddia etdiyin saytın da lənətlənib...

Məhəmmədəli! Əvvəla, kinin və bilgisizliyinlə yalandan "Demokratik.Az” saytına qarşı hop-gop elminə aydınlıq verim, bil! Sənin saytından fərli olaraq, sahibi olduğum sayt havadanqapma deyil, sayt 2010-cu ildə təsis etdiyim "Demokratik Dövlət” qəzetinin onlayn versiyası olaraq fəaliyyət göstərir. Bu barədə də açıq bilgiləri maraqlılar tapır. Saytın, domen və xosterin axı mövzuya tamamən dəxli yoxdu – bu sözü olmayan aşığın neynim-neynim havasıdı...

Yazı yaza bilmirsən, çünki öncə düşünməyi bilmirsən...

Məhəmmədəli, kişi kişini görüşə çağırmazmı?

SOS - Dəyərli dostlar! Əgər biri sizinlə telefon danışığını, şəxsi yazışmalarınızı sizə deyirsə, o şərxatadan uzaq durun! Nümunə artıq ortadadı...

Bilən bilir ki, bu virtual məkan elə bir yerdi ki, orda sənin kimi dayaz düşüncələrə, mənim kimi də hər şeyə stimul verməyə çalışan, tanımasam da, məhz məsləhət alıb vermək zərurəti olur. Bu sənin həvəslə öz səviyyəsiz statuslarını əlavə bəzəmələrinlə səviyyələndirmək, mənim də səni etikaya dəvət cəhdlərim kimidir. Virtual məkan fərqli fikirlərin gölüdür, çalışaq ki, ordan bir dəyər götürək, ictimai rəyi formalaşdıra bilmiriksə, bari sənin kimi namərdcə də qamçılamayaq.

Bəli, mən mütamadi Bakıya gəlirəm, şəxsi işlərim olur. Və sənin nadir hallarda maraqlı statusunla jurnalistikanı təmsil etdiyini bilmişəm. Tək sən deyil, 10–larla adamla əməkdaşlıq üçün görüş təklifləri alıb, təkliflərimi vermişəm. Təsəvvür belə etməzdim ki, bir kişi kiminləsə ikilikdə, aralarında olan sözü alət etsin. Bil, sənə yazdığım nə varsa, şəxsi məsələdir, belə şeyləri mənə qarşı səsləndirmənin, məqsədinin özündə belə kişi səsini heç kim eşitmir...

Bu etdiyin uğursuz şantaj elementləri belə deyil, əksinə...

Məhəmmədəli, bir səhvin olanda onu etiaf etməmək cahillik, etdiyini danıb belə dirəşmək isə vay-şüvənlikdir.Sən məhz buna qadirsən, iki gündür. Dünən aldığın cavaba, verdiyim suala cavab vermək əvəzinə ŞƏR maşınını yenə xodlamısan.

Son kəs və üzülərək xatırladıram ki, 18 avqust 2018-ci il tarixdə yazdığın iki cümləlik təhqiredici statusunu 2 gün sonra bilmişəm (deyiblər) və məlum yazını da bir cavab olaraq yazmışam. Statusuna reaksiyanın ömrü bir neçə gün olub və burda mənə günah yükləmə cəhdindənsə, ya statusunu silər, ya da kimə ünvanlayırsan comərdcə adını çəkməlisən. Cırtdansan, cocuqsan, yenə hamıya nağıl uydurursan. Özünü guya qoruyur, mədəniyyətsiz əməlində də İlqar Məmmədovun adını hallandırıb, sonuncunu reklam edirsən. Bəlkə, bu durumda yön dəyişib, İlqar Məmmədovu müdafiə edən naməlumu satmırsan. Ay qorxmaz, o kimdir ki, məndən yox, ondan qorxursan? Vay zavallı, vay, özünün fəlsəfi yoxluğuna inandın deyə, sənə söyən kimsələri yoxa çıxardırsan? Çünki,  "günah keçisi” sən özünsən...

Mövzunun başından böyüklüyü yenə adamı üzür. Amma bu dəfə kriminal ürəyin – "Lotu Quli”nin adını çəkir. Deyirəm, bilirəm ki, bir az öyrənəcəksən bu dərsimdə də.

Dünyada insanlar arasında tətbiq olunan yazılı və yazılmayan qanunlar mövcuddur. Bu barədə kitablardan oxusaydın, kişi (mujik) olaraq yaşamağa çalışsaydın bilər, aramızdakı bu mövzuya da toxunmazdın. Məsləhətlərimdən özünü düzəltmək əvəzinə, yaxşı məsləhətlərimi ictimailəşdirirsən. Bu da özün bilmədən cəmiyyətin xeyrinədi. Olsun, amma yaşayışını və əməllərini bilmədiyin, kriminal həyatı yaşayan kimsə haqqında da sənin yazmaq, kimlərisə "samasud” etmək haqqın yoxdur. Adıçəkiləni müdafə etmədən, bir daha qandırıram. Adını çəkdiyin Azərbaycanlı kriminal avtoritet "Lotu Quli” də, başqalarının şəxsi həyatı da sənin fərdi yanaşmalarının obyekti – subyekti olmamalıdır. Adam səninlə yox, kiminləsə görüşürsə, bu sənə ağırlıq etməsin. Qabiliyyətin varsa, (artıq bilindi-savadın yoxdur) kriminal xəbərləri doğuran səbəblərdən, prafilaktikasından, qarşısının alınmasında cəmiyyətin vacib rolundan bircə təhlil yaz. Day, məşhurun adını tutub, özünü mujik kimi göstərmə! Bu da sənin vorovskoy rəzilliyin...

Məhəmmədəli! Evin və maşınından, yaşam tərzindən nədənsə daha çox xırdalamısan. Amma unutmusan ki, bu qədər söz yığınınla suallardan yenə yayınmısan. Düzünü yazacaqsansa, sual edirəm. Sənin evin, bahalı maşının olduğu etirafında niyə demədin ki, bunlar hardandı? OK, "reket jurnalist” deyilsən, biznesin yox, probeqi getmiş dediyin inomarkanı da təzələmək paran yox. Onda sənin "olmayan” mənzildə pulkəsən aparatın var. Gecə ordan həm ağzına gələni yazırsan, həm də sabahki gününə şellənməyə pul çap edirsən. Lənət kapitalizmə, bu mənada üstünlük səndədi. Amma, səndən fərli, ehtiyac içində çabalayan, kirayələrin pulunu zorla artırıb verən, ayaqqabısız və maşınsız əsl peşəkar jurnalistlər almalıdır o mənzilləri, yoxsa sən? Vicdanın belə ehtiyyac içində boğulanların qarşısına səni necə də asanlıqla itir.

Bəli, şəxsən mən də ümidvaram ki, mənzillərin paylanmasında şəffaflıq maksimum olacaq. Sənin bu yöndə əyrivari sıçrayışlarına da dəqiqliklə baxılacaq. Yoxsa, onun-bunun profilində dədə şəkli axtaran sən, evinin hər küncünü, həyatının hər anını, geyimini, yeməyini, qolfunu, ayaqqabını – nəyin var onu səhifəndə paylaşırsansa bu təkəbbürü camaat baxsın deyə etmirsənmi?Bu məişət qüsurlarını da mənə yüklə, amma sənə dərslərimi sonradan yaxşıca oxu, maariflən, quşlama. Buraxdığın bu səhv də deyəsən özünü biabır edir axı...

ƏN MÜHÜM İTTİHAMA – ELMAR VƏLİYEV SUİ_QƏSDİNƏ CAVABIM!

Siyasi düşüncə, hakimiyyət anlayışı, dövlətlə konkret fərdə olan sevginin mahiyyətini bilməyən adama 40 yaşında siyasi dərsdəmi keçim?! Amma dərsimizə davam, yetər ki, Məhəmmədəli maariflənsin.

Gəncədə məlum sui-qəsd olayının baş verməsində müxtəlif versiyalar irəli sürülüb. Mən şəxsi mövqeyi olaraq bir daha kara-kora, anlaqsıza, siyasi əqidəsizə, məntiqsizə, bunca savadsıza qısaca deyirəm. Hakimiyyət cəmiyyəti idarə edən ayrı-ayrı şəxslərin dövləti təmsilçiliyidir. Məlum hadisədə təbii ki, bir dövlət məmuruna (o dövlət məmuruna ki, Gəncədə sosial narazılıqlar yaratmışdı, özünə nifrət aşılamışdı) sui-qəsddə terror aktı vardır, lakin hadisəni törədənin dindar olması və sonrakı 10 iyul ixtişaşında dini radikalizm özünü aşkar biruzə verdi. Olayın sonrakına zəncirvari bağlı olması və xaricdən dövlətçiliyimizə, stabilliyimizə qarşı müxtəlif siyasi, dini çağırışlar edilməsi insanların birmənalı yekdil fikirlərini çaşdırırdı. Bu mənada sən deyəsən siyasi düşüncəndə də çaşqınsan!

Məhəmmədəli! Yazdığın kimi, hazırda İngiltərədə yaşayan sənin həmyerlin Qurban Məmmədovun "Azerifreedom” kanalına çıxmışam, burda cinayətmi var? Və mövcud hakimiyyətə qarşı siyasi diqtələrə, söyüşlərə yol verən adıçəkilənlə, Bakıda yaşayan Nəsimi Məmmədli ilə "Gəncə Olayları”na münasibət bildirməyə çalışmışam. Sağlığına, bir İlqar Məmmədovu sevənin söyüşünü qəbul etməyən sən və Elmar Vəliyevin özfəaliyyətlərinin ölkə rəhbərliyinin ayağına yazılmasın deyə, radikal verilişdən 30 dəqiqə pay alan, nəticədə 10-larla təhqir alan Osman var müzakirədə. Və bu fikrinlə sən də Qurban Məmmədovlar kimi, hadisədə Elmar Vəliyevin əməllərini yox, hakimiyyətin günahını axtarırsan. Düşünmədən yazdıqlarını yenə oxu, nə demək istədiyinin özünü hədəf aldığını görəcəksən.

Mən mühafizəkar olaraq bunu edə bilmişəm, bəs sən? Bircə dəfə hər şeyi öz adı ilə çağırmağa səndə cəsarət, vətəndaşlıq duyğusu, jurnalistika olubmu? Ağılsız, siyasi düşüncəsiz! Bu nə sualdı təqdim etmisən – belə kanallarda hakimiyyət yetkililəri hanı? Bəyəm belə kanallar dövlətin kanalıdır? Bəyəm mən dövlət yetkilisiyəm, belə səviyyəsiz fərqlənmə edirsən, savadsız! Mən müstəqil, lakin dövlətimi və cəmiyyətimi sevən jurnalistəm, bir az AYIL!

Mənim orda nə işim vardı? Bəyəm sən dövlətçilik sevgini öz fb profilinəmi sığdırmısan? Müxaliflərdən gizlənə-gizlənə iqtidarmı sevirsən? Elədirsə, "evlər jurnalistlərə verilməlidir” deyəndə özünün hansı üstünlüyün var? Sən kimsən axı...İlham Əliyev cənabları sənə hansı əməli fəaliyyətinə, savadına, düşüncənə, millətsevərliyinə ev təqdim etməlidi? Bəlkə, iki gündür mənə qarşı səviyyə nümayiş etdirib, savad və mədəniyyətini üzə çıxartdığıma görə sənə ev düşür?

Məhəmmədəli! Bu dərsimlə inanıram ki, sən növbəti günə daha hazırlıqlı, söz oğurlayaraq daha savadlı şəkildə gələcəksən. Düz yazmısan, səviyyəmiz uyğun gəlmir. Sənin pulun çox, mənim də az. Amma boynuna al, məndə olanlar da səndə yoxdu, aktivist!

Amma darıxma, bu polemikalarla səni aşağıda olduğun dayaz düşüncələrini, yazı qabiliyyətini zorlayıb YUXARI  – ÖZ yanıma çəkəcəm! Gic statuslarını şükür, azaltmısan, bu sənin yox mənim uğurumdu. Bir neçə saatlıq anti reklamıma icazəlisən. Yetər ki, başqa mövzuya soxulma, girib indiki kimi ilişirsən...

Bircə ricam var, hər dəfə buraxdığın səhvləri bir də buraxma, təhqir yazma ki, cavabı ağır olar. Və bacar lakonik yaz, məni çox yorma. Ayrı-ayrı istədiyin mövzularda sənə maarifləndirici dərslər keçməyə hazıram.

Sayqısını itirməkdə olan Məhəmmədəli Qəribliyə son sayqılarımla;

Osman Nərimanoğlu

Oxşar xəbərlər