Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

17:20 - 22.05.2019  
AzTV sədri barədə araşdırma tələbi - RƏY
Tarix: 8-05-2018, 08:54 | Bölmə: Xəbərlər

Əkrəm Həsənov: "Müvafiq qaydada cinayət işi başlanıb araşdırma aparılmalıdır”

AzTV sədri barədə araşdırma tələbi - RƏY"AzTV sədri Arif Alışanovu məhkəmədə adam öldürməkdə ittiham edirlər, heç kim reaksiya vermir”. Bunu Milli Məclisin iclasında deputat Fazil Mustafa deyib. Deputat bildirib ki, məhkəmələrin rolunu artırmaq üçün ciddi addımlar atılmalı, məhkəmələrdə səsləndirilən ittihamlara, qəbul olunan qərarlara ciddi yanaşma olmalıdır: "Doğru, ya səhvdir, bilmirəm, amma məhkəmədə səslənən ittiham var ortada. Söhbət 5-10 manat oğurlamaqdan getmir, adam öldürməkdən gedir, özü də məhkəmədə səsləndirilən ittihamdan”.

Aylardır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində AzTV sədri Arif Alışanov və ailə üzvlərinin adı keçən proses davam edir. İş üzrə təqsirləndirilən şəxs Şücayət Əkbərov ittihamları qəbul etmir. Deyir ki, Arif Alışanov bir neçə il əvvəl Şamaxıya bir qızla gəlib, həmin qızı dağdan atıb. O, bu hadisəni bildiyi üçün də Arif Alışanovun həbs etdirib.

İttihama görə, Arif Alışanov 2007-ci ilin ortalarında Şamaxı rayonunda torpaq almaq qərarına gəlib və bu məqsədlə rayonunun Nağaraxana kənd sakini Şücayət  Əkbərovla tanış olub. AzTV sədri nəql edib ki, bu tanışlıqdan sonra Şücayətlə aralarında yaxşı münasibət yaranıb. 2012-ci ildə Alışanov qardaşı Habili, yeznəsi Vidadi Cəfərovu, qayınları - Etibar, Natiq Bağırovları da kənd təsərrüfatı ilə məşğul olmağa, yəni ortaq biznesə cəlb edib, torpaqların yerli sakinlərdən satın alınmasında Şücayət Əkbərovdan kömək istəyib. Baş tutmayan bu biznesə 2012-ci ildən 2016-cı ilədək hissə-hissə qardaşı Habil 200 min manat, yeznəsi Vidadi 200 min manat, qaynı Etibar 1 milyon 800 min manat, digər qaynı Natiq 3 milyon 500 min manat, özü isə 500 min manat - cəmi 6 milyon 200 min manat qoyaraq kənd təsərrüfatı və turizmlə məşğul olmaq qərarına gəliblər. Bu sövdələşmədən sonra Alışanov Şücayət Əkbərovdan 50 hektar torpaq sahəsi üçün 1 milyon 5 min manat alıb. 2014-cü ilin fevralında Şücayət Əkbərov 3 hektar 48 sot torpaq üçün 174 min manatı mənimsəyib.

AzTV sədri ifadəsində bildirib ki, Şücayət Əkbərov 2016-cı ilin dekabrından Mədrəsə qəsəbəsində SSRİ vaxtında tikilmiş hansısa hovuzu göstərmək istədiyini və təsvir etdiyinə görə suvarma işlərində gələcəkdə problem olmaması üçün həmin su hovuzuna baxıb almalı olduqlarını ona deyib. "Həmin vaxt Şücayətin bu təklifini normal qarşıladım. Hazırda isə anlayıram ki, Şücayət çölün düzündə olan sahəyə məni aparıb qətlə yetirmək istəyib. Lakin biz həmin yerə gedib baxa bilmədik. Bu hadisədən bir neçə gün sonra biz Şamaxıya gedəndə polis əməkdaşlarının Şücayəti tutduqlarını bildik. Bundan sonra Bakıya qayıtdıq. Sonradan Şücayət Əkbərovun məni, bacım oğlu Dəyanət Cəfərovu bir neçə dəfə qətlə yetirmək istədiyi məlum oldu”.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 178-ci (dələduzluq) və digər maddələrinə əsasən ittiham olunurlar.

İstintaq materiallarında AzTV sədrinin həyatına bir neçə dəfə sui-qəsd cəhdi olması iddia edilir. Sədrin avtomobilini Ağsu aşırımında vurub dərəyə aşırmaq, bu da baş tutmadıqda Alışanovu güllələmək planları barədə istintaq materiallarında ətraflı bəhs edilir.

Təqsirləndirilən şəxslər isə hər prosesdə bəyan edirlər ki, ittihamları qəbul etmirlər. Deyirlər ki, Arif Alışanov onları həbs etdirməklə özünün qanunsuz əməllərini, korrupsiya cinayətlərini gizlətməyə, pərdələməyə çalışır.

Bəs qanun nə deyir? Alışanov tutduğu vəzifə ilə yanaşı bizneslə məşğul ola bilərmi? O, istintaq və məhkəmə dövründə vəzifəsindən müvəqqəti də olsa, uzaqlaşdırılmalıdırmı?  

Tanınmış hüquqşünas Əkrəm Həsənov təqsirləndirilən şəxslərin dilindən səslənən ittihamlara münasibət bildirərkən deyib ki, bu məsələləri istintaq araşdırmalıdır. Əgər dediklərində həqiqət payı varsa, müvafiq qaydada cinayət işi başlanıb araşdırma aparılmalıdır. Əkrəm Həsənov Arif Alışanovun pullarının mənbəyi haqda konkret söz deyə bilməyəcəyini söylədi: "Arif Alışanov 1200-1500 manat maaş alıb əli milyonlarla oynayır. Bunu istintaqda da deməkdən çəkinmir. Bilir ki, ona pulun mənbəyi ilə bağlı sual verən olmayacaq. Yəni Arif Alışanov 1500 manat maaş alırsa və günlərin birində məlum olursa ki, onun 6 milyonu var, biznesə yatırıb, hesabat verməlidir ki, 1500 manatla 5-6 milyon manatı necə toplaya bilib? Detallı, ətraflı deməlidir bunu və pulun mənbəyi ilə bağlı bütün suallara cavab verməlidir”.

Əkrəm Həsənov dövlət məmurlarının bir çoxunun harınladığını deyir: "Məmurlar haqda mərhum prezident qudurğan, harınlamış ifadəsini işlədirdi. Bu, təsadüfi deyildi. Əlində məmurların hansı işlərlə məşğul olmaları haqda konkret məlumatlar vardı. Bu gün elə məmurlar ver ki, bəlkə də arvadı da evdə ona deyir ki, kül başına, sənə o biri məmurlar gülürlər, yəni sənin pulun azdır, cəmi 5-6 milyonun var. Yəni pulun çox olmalı idi.  Bir-birinin bəhsinə belə işlərə qol qoyurlar, sonda da Arif Alışanovun düşdüyü duruma yuvarlanırlar”.

"Yeni Müsavat”

Xəbər 5376 dəfə oxunub






Oxşar xəbərlər

‘Azərbaycanda nəyin qiyməti azalıb?! - Deputat
Generalın həbsdə olan qardaşı azadlığa buraxılıb
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
İcra başçısının birinci müavini vəzifəsindən alındı
Erməni TƏXRİBATI: Qarabağda qondarma respublikaların “futbol çempionatı” keçiriləcək
“Huawei” əməliyyat sisteminin adı məlum oldu
İran yeni hərbi birləşmənin anonsunu verdi
Zaur Əliyev: ““Hayastan” ölkəsi erməni keşişlərin uydurmasıdır"
Sovetski sakinləri Məhkəmədən və Əziz Əzizovdan narazıdır – VİDEO
Mingəçevirdə "Korrupsiya işi" aparılan şəxs vəzifəyə təyin olundu
Suriyada iki raket mərmisi partlayıb
Tehran Universiteti Türk dili bölməsini açmağa hazırdır
Donald Tramp İrlandiyaya səfər edəcək
Nazir müavini: “Diqlasdakı yanğınla bağlı istintaq gedir”
Türkiyə gəmisi atəşə tutuldu, yaralılar var
"RAİ" Fuad Abbasovla bağlı bəyanat yaydı - RƏSMİ
Ağdaşda “Xaş-xaş 2019” - 1 tona yaxın narkotik məhv edildi
Maduro Bakıya gələcək
Blogger Oqtay Şirəliyevlə şəkil çəkdirdi və lağlağı yazdı
Paşinyan “Qarabağ klanın” ittiham etdi
Petro Poroşenkoya cinayət işi açılıb
“Arsenal”ın Mxitaryan adlı “kədəri” və ya yalanın beləsi...
Prezident marketə girib, qiymətlərlə maraqlandı
Əfsanəvi Tu-134 təyyarəsi sonuncu reysini uçub
Hakimlərin sayı 200 nəfər artırılır – Ramiz Rzayev
Fuad Abbasovla bağlı ŞOK İNFORMASİYA - DÖYÜLƏRƏK HƏBS OLUNUB
İsgəndər Həmidov xəstəxanalıq oldu - ÜRƏKTUTMA
Baş yol polisinə qarşı "köhnə yazı" - Generalın "biznes imperiyası"nın siyahısı TƏKRAR yayıldı
Abşeronda bələdiyyə sədri qadının evini 130 minə başqasına satıb – Şikayət
Gəncədə "Xəzər Lada"nın "qoçuları" Qarabağ əlillərini döydü
Gəncə gəncləri ADA Universitetində - Möhtəşəm Gənclər Konfransı
Səhiyyə Nazirliyindən anasına pulsuz müalicə tələb edən etirazçıya cavab
"ABŞ hələlik İranla MÜHARİBƏ etməyəcək" - Osman Nərimanoğlu yazdı
“KÖLGƏ”DƏ GİZLƏDİLƏN MİLYONLAR…
Tacikistanda İŞİD üzvü olmuş məhbuslar qiyam qaldırıb
"Qarabağ" üçün 13 potensial rəqib
"Emin 444"-ün ölümü - Həbs edilən dünya çempionunun ayağındakı bıçaq izi..
Gəncə Təhsil İdarəsinin əməkdaşı itkin düşüb - FOTOSU
Ağ Evin Qarabağ təşəbbüsü: Konqres də qoşula bilər
Şəmkir İcra Hakimiyyətinin yanında inəklərin "PARADI" - Biabırçılıq
Göygöldə məktəb direktoru "qaçqının daxması"na hücum çəkdi - NİYƏSİ + FOTOLAR
Spiker xəstəxanadakı Milli Qəhrəmanı ziyarət etdi
Gəncə-startap günləri başa çatdı
Tacirdən: “Tellinin hər yerini yeyərəm” - Video
Çantada narkotik daşıyan Şəki sakini Balakəndə saxlanılıb
Şvarseneggeri bir təpik vurub yerə yıxdılar - VİDEO
Samuxda orta məktəbə Milli Qəhrəmanın adı verildi
"Oskar"lı aktyor 31 ildən sonra attestat aldı - FOTO
“Mən niyə akademik ola bilmərəm, neyləmişəm ki?…”
İranda qum fırtınası başlayıb
Oqtay Əsədov Zelenskinin andiçmə mərasimində iştirak edəcək
Şəmkirin icra başçısı Dilqəm Əsgərovun oğlunun torpağını əlindən alır ?
Trampın gəlirləri və borcları açıqlandı
Ərdoğanın yaşlı qadınla söhbəti rekord qırdı - VİDEO
Gürcüstanın sabiq prezidenti qaynaqçılıq edir
ADAU-da Gəncə-Startap günləri başldı
Gədəbəydə aptek talayanlar Gəncədə tutuldu
İran raketləri Fars körfəzindəki Amerika gəmilərini hədəfə alıb
"Azərbaycan ABŞ-a 8,2 mlrd dollar investisiya qoyub"
Ceyhun Osmanlıya Avropada vəzifə verildi
Afaq Bəşirqızı məmurlara çağırış etdi: “Siz də ayılın...”
AVF-nin baş katibi dəyişib
Çin TV Azərbaycan haqqında 8 seriyalı film çəkib
Cavid Qurbanovun "İSPAN TAPMACASI" - 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?
Abşeron İHB daha bir jurnalistə qarşı - Məhkəmə İŞİ
Gəncədə körpülər əsaslı təmir olunacaq
Adnan Oktarın həbsxanadan - FOTOLARI
"Emin 444"ün "morqda" çəkilən görüntüləri yayıldı
Atəşkəs rejimi 26 dəfə pozulub
Musabəyovun bağlatdığı popkorn satışı yenidən açıldı

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    May 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.20715] initstartout [0.00019] initstartin [0.00063] calstart [0.00887] calend [0.00046] topnewsend [0.00409] rsssend [0.00000] ehgend [0.01708] tagsstart [0.00056] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.17524]