Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

17:52 - 27.01.2020  
Hansı jurnalistlərə ev veriləcək? - Əflatun Amaşovla MÜSAHİBƏ (VİDEO)
Tarix: 11-05-2017, 20:41 | Bölmə: Xəbərlər

Hansı jurnalistlərə ev veriləcək? - Əflatun Amaşovla MÜSAHİBƏ (VİDEO)"Reket jurnalistlər daha çox müəllim, həkim və iş adamlarını hədəfə alır”

Mətbuat Şurasının (MŞ) sədri, millət vəkili Əflatun Amaşov AzVision.az-ın suallarını cavablandırıb. Ə.Amaşov müsahibədə mətbuatın hazırki durumu, jurnalistlərin ev problemi və bu kimi vacib məqamlara toxunub.
Müsahibənin tam variantı ilə videoda tanış ola bilərsiniz:

 
-Əflatun müəllim, Azərbaycan mətbuatının xəbər siyasəti sizi qane edirmi?
-Azərbaycanda inkişaf etmiş ölkələrdə fəaliyyət göstərən mətbuat vasitələrinə bərabər media mövcuddur. Mətbuat Şurasının sədri olaraq onların adlarını çəkmək istəmirəm. Ölkə daxilində baş verən olaylar Azərbaycan mətbuatında öz əksini tapır. Bu, müxtəlifyönlü mətbuat vasitələri də ola bilər. Hər mətbuat vasitəsindən hadisəni istədiyin tərzdə işıqlandırmasını tələb edə bilmərsən. Çünki Azərbaycanda media rəngarəngdir. 
Azərbaycan mətbuatının informasiya siyasətindən razıyam. Ölkədə baş verən proseslər kifayət qədər obyektiv işıqlandırılır və operativ şəkildə ölkə ictimaiyyətinə çatdırılır. Artıq Azərbaycan mətbuatı siyasi yönümdən asılı olmayaraq ölkənin müsbət imici naminə ümummilli məsələlərdə vahid mövqeydən çıxışı edir. 
-Gün ərzində hansı saytları izləyirsiniz? Gənc jurnalistlərdən kimlərin imzasını tanıyırsız?
-Azərbaycan mətbuatında xanımlar çoxluq təşkil edir. Əsasən siyasi yönlü yazılarda daha çox xanımlar olur. Azərbaycan mətbuatına çox güclü bir gənclik gəlir. Əminəm ki, həmin gənclik özünün istedadı, hayata baxışı və informasiya zövqü ilə yaşlı nəsli yaxın gələcəkdə üstələyəcək. Bu daha çox internet üzərindən yayımlanan media vasitələrində hiss olunur. 
-Bir neçə dəfə Milli Məclisdə xəbər saytlarına dövlət tərəfindən maliyyə yardımının ayrılması ilə bağlı təklif irəli sürmüşdünüz. Hazırda məsələ nə yerdədir?
-Onlayn jurnalistika yeni yaranıb. Reklamları olsa da, sayı azdır. Fəaliyyətini düzgün qurması üçün, heç bir məmurdan, dövlət və ictimai qurumdan, xarici təşkilatlardan asılı olmaması üçün onlayn media özünün maliyyə mənbəyinə malik olmalıdır. Belə şəraitdə reklam yoxdursa, onun maliyyə mənbəyi dövlət olmalıdır. Çünki başqa dövlətin maliyyəsi ilə özünə xəbər portalı yaradanlar, istər-istəməz həmin dövlətin maraqlarına xidmət etmiş olacaq. Hansısa məmurun dəstəyi ilə öz fəaliyyətini quracaqsa, həmin məmuru müdafiə edəcək və birlikdə onun düşmənlərinə qarşı mübarizə aparacaq. Düşünürəm ki, ölkədə ictimai fikirə təsir göstərmək iqtidarında olan ən yaxşı xəbər portallarını da maliyyələşdirmək lazımdır. İnanıram ki, yaxın vaxtlarda internet media da klassik mətbuat vasitələri kimi dövlət büdcəsi tərəfindən maliyyələşəcək. 
-MTN olayında reket jurnalistika məsələsi gündəmə gəldi. Hazırda reket qəzetlər və saytlar varmı? Onların qarşısı almaq mümkündürmü?
-Həmin olayda bir sıra KİV-lərin adı hallandı. Hazırda bununla bağlı araşdırma gedir. Əminəm ki, hüquq-mühafizə orqanları bunu obyektiv araşdıracaq, ölkə ictimaiyyətinə dəqiq məlumat veriləcək. Bu, bizim üçün çox önəmlidir. 
Azərbaycanda və dünyanın müxtəlif yerlərində reket jurnalistika deyilən anlayış var. Bu gün Azərbaycanda reket jurnalistika çox deyil. Bunun da obyektiv və subyektiv səbəbləri var. İlk növbədə Azərbaycanın Kütləvi İnformasiya Vasitələri (KİV) özlərini cəmiyyətə yetərincə tanıtmayıblar. Bir çox insanlar həqiqi mətbuat nümunələrini reket jurnalistikadan seçmir. Ona görə də bu məsələdə onların "tilovuna” düşürlər. Bunlar daha çox müəllimlər, həkimlər, iş adamlarıdır. Başqa sahələrdə uğur əldə etməyən şəxslər reket mediada cəmləşirlər. Bunlar "işgüzar” insanlardır. Harada olsalar, bu işi görməlidirlər. Baxırlar media bazarında sakitlik var və bu bazara daxil olurlar. Özləri üçün bir xəbər portalı yaradır və baxırlar kimlərə necə reaksiya vermək olar. Onlar müxtəlif insanların haqqında məlumatlar yayır, qorxutmaq və şantaj yolu ilə pul əldə edirdilər. Onlar daha çox ünvansız saytlardan istifadə edirlər. Xəbər portalı yaradırlar və heç bir ünvan göstərmirlər. Kimlərinsə haqqında böhtan xarakterli materiallar yayırlar. 
Reketçilik jurnalistikanın problemi olduğu kimi cəmiyyətin, ayrı-ayrı hüquq-mühafizə orqanlarının da problemidir. Bu, Mətbuat Şurasını narahat edir. Mətbuat Şurasında müxtəlif komissiyalar var və onlardan biri də Reketçiliyə qarşı Mübarizə Komissiyasıdır. Biz bu komissiyanın fəaliyyətini genişləndirmək üçün qərar qəbul etmişik. Media rəhbərlərini ora dəvət etmişik. Eyni zamanda Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndələrini də ora dəvət edəcəyik. Elə məqamlar ola bilər ki, həmin məsələnin müzakirəsində ikitərəfli münasibət lazım olsun. 
Biz jurnalistikanı ittiham etməyək ki, rüşvət almısan. Rüşvət alan tərəf nə qədər cinayətkar hesab olunursa, rüşvət verən tərəf də o qədər cinayətkardır.
-Əflatun müəllim, jurnalistlərin binası nə vaxt təhvil veriləcək?
-Yaya qədər tikinti başa çatsa, Milli Mətbuat Günündə jurnalistlərimiz yeni mənzillə təmin oluna biləcək. Bu təminat dünyanın heç bir yerində rast gəlinmir. Azərbaycan yeganə ölkədir ki, jurnalistlər üçün 156 mənzilli bina tikildi və təmənnasız olaraq jurnalistikanın inkişafında xidmətləri olan media nümayəndələrinə verildi. Evlər hazır olandan sonra jurnalistlərə təhvil veriləcək.
256 mənzildən ibarət binada son tamamlanma işləri aparılır. Yəqin ki, 256 jurnalist ailəsi sevinəcək. Bununla bağlı Mətbuat Şurasına müraciətlər daxil olur. Ötən dəfə bütün məktubları topladıq və onların əsasında siyahı tərtib edib müvafiq qurumlara göndərdik. Bizə gələn məktubları yenə toplayırıq və həmin məktubları siyahı əsasında müvafiq quruma təqdim edəcəyik. İstəyirik ki, mənzillər ünvanlarına düzgün çatdırılsın. Yəni jurnalistika sahəsində fəaliyyət göstərən insanlara verilsin. Məqsədimiz odur ki, hər şey şəffaf olsun və heç kimin hüququ tapdanmasın. 
Jurnalist: Anar Kəlbiyev
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov
AzVision.az

Xəbər 2937 dəfə oxunub






Oxşar xəbərlər

“Əli Həsənovun himayəçiliyi altında 10 il deputat olan..."
Ədəbiyyat müəlliməsi 7200 manatı maklerə verib jurnalisti niyə şərləyir? MÜƏMMALI İTTİHAM
Ərdoğan Merkelə maraqlı hədiyyələr verib- FOTO
Çində koronavirusdan ölənlərin sayı 41-ə çatdı
İranla ticarətə davam edən ölkələrə sanksiya gəlir
Soros yeni inqilaba hazırlaşır 1 milyardlıq ŞOK PLAN
"İlkinin vəziyyəti yaxşı deyil, onu "toka" verib, dözülməz işgəncələr ediblər" Vəkildən VİDEOAÇIQLAMA
Şok fakt! Əli Həsənovun “WikiLeaks” yazışmaları da üzə çıxdı
Renka: "Mərakeşdə məni ərəb qaçırmaq istəyirdi"
Mətbuat Şurasından ƏFV - bütün KİV-lər “qara siyahı”dan ÇIXARILDI
35 saylı DSK sədri istefa verdi
Qu quşu Əməkdar artistin əlini dişlədi
Azərbaycanda qadın üç dəfə zorla ərə verilib
Hafiz Hacıyev YAP-çı opponentini NİYƏ və necə təhqir edir? - VİDEO
Goranboyun Meşəli kəndində direktor Fəxrəddin Musayevin "AİLƏ MƏKTƏBİ" - FAKTLAR
Ermənilər atəşkəs rejimini 22 dəfə pozub
AŞ PA müşahidəçiləri Bakıda görüşlərə başladı
Ermənilərdən növbəti Qarabağ təxribatı - Şuşa qalası erməniləşdirilir...
Deputatlığa namizəd Əli Həsənovun "trol şəbəkəsi"ni ifşa etdi — ŞOK FAKTLAR
Gəncədə namizədliyinə maneələr yaradılan Müzadil Həsənov MÜRACİƏT YAYDI
İlham Əliyev Davosda İsveçrə Prezidenti ilə görüşüb
ADAU rektoruna şok İTTİHAM - İntihara bais olubmuş?
Afaq Aslanın biabırçı görüntüsü yayıldı: Qara bikinidə…
“Beşiktaş” Türkiyə kuboku ilə vidalaşıb
İraq prezidenti ölkədəki etirazlarda ölənlərdən danışıb
"Moskvaya zəng edərsiniz, yoxsa Pekinə?" - İlham Əliyev Davosda cavablandırdı
ABŞ-da atışma olub, ölən və yaralananlar var - FOTO
Hadı Rəcəbli seçicilərinin sayını montaj proqramı ilə “artırdı” - FOTOLAR
İlham Əliyev BƏYAN ETDİ! "Əhalinin etimad etdiyi şəxslər seçiləcək"
Putinin yeni təyin etdiyi nazirlər.. - biri qadındır
Qondarma rejim Qarabağda "seçki" keçirməyə hazırlaşır
İranlı general niyə Elçin Quliyevin barmağına üzük taxdı? – HƏRBİ-SİYASİ ANLAMI
Sumqayıtda ağır qəza, 1 ölü 4 yaralı - FOTOLAR
Azərbaycana ət idxalı azala bilər - səbəb
Xəzər dayazlaşır: su hara yox olur?
Məşhur idmançı sərxoş halda dava saldı, həbs edildi
Dünya Səhiyyə Təşkilatı sabaha təcili iclas çağırdı
Qəbələdə bu kişi qarın içində yatır - FOTO
Vilayət Eyvazovdan polislərə sərt XƏBƏRDARLIQ
Nə qədər pensiyaçımız var ? - Açıqlanıb
Tramp: "Hazırda ABŞ-da iqtisadi bum yaşanır"
Ölkə əhalisinin sayı açıqlanıb
Araz Ağalarov Rusiyanın yeni baş naziri haqda
İranın naziri üzr istəmək üçün Ukraynaya gəldi
ABŞ səfirliyinin yanına üç raket düşdü
Əsrin ən yaxşı filmi bəlli oldu
Gəncədə NİVA ağaca belə çırpılıb - ölümə səbəb olan OLAYDAN ŞOK GÖRÜNTÜLƏR
Şahzadə Harri Böyük Britaniyanı tərk edib
YUNESKO: Dünyada jurnalistlərə qarşı cinayətlərin 90%-i cəzasız qalır
Qəbələdə adı "Qırmızı Kitab"a düşən maralları satmaq istəyən şəxs saxlanılıb
DİN Zirəddinə cavab verdi: "..yəqin yuxuda görüb"
TƏRS SİLLƏ! "Qarabağı erməniyə peşkəş verənin yanındasız, yoxsa..."
Müğənni səhnədə çıxışı zamanı üzr istədi və öldü
Sammitdə Putini “itirən” Merkel və Makron çaş-baş qaldı (fotolar)
BBC-nin baş direktoru istefaya gedir
30 il keçsə belə, onlar həbs oluna BİLƏRLƏR
Diplomatın “DİPLOMAT”I... – Elmar Məmmədyarov tikinti maqnatıdır?!
Prezident Şəhidlər xiyabanını ziyarət edib
“Parlament idarəçiliyinə keçməliyik” – “İroniya edənlər özlərini buraxmışlardır”
20 Yanvar faciəsi ABŞ Konqresində yad olunub
Qanlı 20 Yanvar – Millətimin müstəqilliyə gedən yolu...
Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri yekunlaşıb
Azərbaycan XİN: Sovet ordusu Azərbaycan xalqının müstəqillik əzmini qırmaq məqsədilə qırğın törətdi
Azərbaycanlı xanım jurnalist Türkiyədə vəfat etdi - FOTO
Kirayə mənzilin alınma MƏRHƏLƏLƏRİ
Hansı rayonlara nə qədər qar yağıb?
Tramp impiçment ittihamlarını qəti rədd edib
Yunus Səfərov nə istəyir və Elmar Vəliyev niyə güllələnib? - MESAJ
Nazir əmr imzaladı - "20 YANVAR"-a GÖRƏ
İnam Kərimov FAO-nun baş direktoru ilə görüşüb

Bütün xəbərlər

2020 - SİÇAN İLİ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "SİÇAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.31855] initstartout [0.00019] initstartin [0.00095] calstart [0.01327] calend [0.00073] topnewsend [0.00474] rsssend [0.00000] ehgend [0.02463] tagsstart [0.00065] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.27335]