Müsavat başqanı referendum tələb edir

  • 06 may 2017, 21:06

Müsavat Partiyası Azərbaycan referendumun keçirilməsini və ölkə Konstitusiyasının dəyişdirilməsini tələb edir. 

Bu bəyanatla Müsavat başqanı Arif Hacılı bu gün Müsavat Partiyasının qərargahında seçki islahatları mövzusuna həsr olunan Dəyirmi Masada çıxış edib.

Arif Hacılı bildirib ki, Müsavat Partiyası parlament seçkilərinin proporsional seçki sitemi əsasında keçirilməsini, deputatların sayının 200-ə şatdırılmasını, bir nəfərin iki dəfədən artıq prezident seçilməsini məhdudlaşdıran müddəanın Konstitusiyada bərpasını və prezidentin səlahiyyət müddətinin 7 ildən 5 ilə endirilməsini tələb edir.

Arif Hacılı qeyd edib ki, ölkədə köklü seçki islahatı aparılmalı, seçki komissiyaları bir partiyanın nəzarəti altından çıxarılmalıdır. 

Müzakirələrdə MSDM-in sədri İsa Qəmbər, Müsavat başqanının müavini Tofiq Yaqublu, Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı, MSDM-in üzvü Vaqif Hacıbəyli və digərləri iştirak ediblər. 

Gülağa Aslanlı Müsavatın referendumla bağlı tələblərini təqdim edib. O, digər müxalifət partiyalarını və bütövlükdə demokratik düşərgəni yeni referendumun keçirilməsi uğrunda kampaniyaya qoşulmağa çağırıb.

"Biz referendumun keçirilməsi təşəbbüsünün rəsmiləşməsi üçün qanunla tələb olunan seçici imzalarının toplanmasına da hazırıq”, – Gülağa Aslanlı bildirib.

İsa Qəmbər isə öz çıxışında dünya birliyinin və beynəlxalqa təşkilatların Azərbaycanda seçki məsələsində prinsipial mövqe tutmamasının nəticələrindən danışıb.

 

Demokratik.Az

Oxşar xəbərlər