Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

16:06 - 10.12.2018  
Ziya Məmmədovun qürubunun sirləri – həbs...
Tarix: 18-04-2017, 09:18 | Bölmə: Xəbərlər

ABŞ prezidentinin Bakıdakı "ortaqları” gülünc durumda...; İqtidarda etibarını itirən sabiq nazir və oğlunun Trampla bağlı yanlış piarı onların sonunu tezləşdirdi; amma hakimiyyətin onlarla yollarını birdəfəlik ayırmasının başqa səbəbləri də var; oğlu niyə üzə çıxmır? 

 

Ziya Məmmədovun qürubunun sirləri – həbs...

Fevral ayının 13-də prezident İlham Əliyevin sərəncamı ilə ləğv edilən Nəqliyyat Nazirliyinin sabiq rəhbəri Ziya Məmmədov mediaya "daha sıravi vətəndaşam”, "dincəlirəm” kimi açıqlamalar verdikdən sonra bir müddətdir ki, səs-səmiri çıxmır. İşdən azad olunduqdan sonra guya yenidən hansısa vəzifələrə təyin ediləcəyi barədə Məmmədovların mediaya sızdırdıqları xəbərlər də təsdiqlənmədi.

 

Əksinə, indi gələn xəbərlərdən məlum olur ki, Məmmədovlar hakimiyyətdəki etimadlarını birdəfəlik itiriblər, illərdi topladıqları sərvətləri, hətta "topdağıtmaz” "Garant” Holdinqi belə itirmək təhlükəsi ilə üzləşiblər.

Məlumdur ki, Z.Məmmədovun oğlu Anar Məmmədov rəhbərlik etdiyi "Garant” Holdinq "PAŞA Bank” ASC-dən götürdüyü 1 milyon 141 min manat borca görə məhkəməyə çəkilib; oğul Məmmədovun bir neçə əmlakına, o cümlədən "Milyonerlər məhəlləsi” kimi tanınan Məmməd Araz küçəsindəki mülklərinə həbs qoyulmuşdu. Sabiq nazir "bu işdən xəbərsizəm” desə də, mülklərə həbs xəbərləri təsdiqləndi. O da məlum oldu ki, hazırda Londonda yaşayan və Bakıya hansısa səbəblərdən gələ bilməyən A.Məmmədov banka borcu ödəyib.

 

Ziya Məmmədovun qürubunun sirləri – həbs...

 

 

Əlbəttə ki, 15 il nazir işləmiş Z.Məmmədov və vaxtilə hüdudsuz imkanlara malik oğlu A.Məmmədov üçün 1 milyon "tum pulu” hesab oluna bilər. Təsadüfi deyil ki, Bakıdakı işlərini buraxan A.Məmmədovun Londonda dəyəri milyonlarla dollar olan mənzil alması barədə xəbərlər hələ Z.Məmmədov vəzifədə işləyərkən yayılmışdı.

Tanınmış hüquqşünaslardan biri iddia edirdi ki, Londonun mərkəzində tikilmiş çox bahalı "One Hyde Park” yaşayış kompleksində mənzil sahiblərindən biri də A.Məmmədovdur. Təxminən 1.7 milyard dollara başa gələn dünyaca məşhur dəbdəbəli kompleksdə isə mənzillərin kvadrat metri 100 min dollardan başlayır...

Amma yeni xəbərlər o istiqamətdədir ki, Məmmədovlar ölkədən çıxmaq və ya kredit götürdükləri pulu qaytarmaqla qurtulmuş hesab oluna bilməzlər. Xəbərlər var ki, Məmmədovlar hələ 3 il əvvəldən açılışı olmalı Heydər Əliyev Mərkəzi yaxınlığındakı "yelkən-hotel”i belə itirmək ərəfəsindədirlər.

A.Məmmədovun hakimiyyətin gözündən düşməsi məlum idi, onun ABŞ-dakı lobbi təşkilatında (Amerika-Azərbaycan Alyansı) külli miqdarda maliyyə maxinasiyasına yol verdiyini Amerika qəzetləri də yazmışdı. Bakıda Azərbaycan Qolf Federasiyası prezidentliyindən uzaqlaşdırılan A.Məmmədov Donald Trampın prezident seçilməsi ilə "dirçəldi”.

O, mediada Trampla yaxınlığı barədə piar-kampaniyaya start verdi. Belə rəy yaradıldı ki, Məmmədovlarsız Amerikanın yeni administrasiyası ilə əməkdaşlıq mümkün olmayacaq. Bu təbliğata hələ o vaxt nazir işləyən Z.Məmmədov da şəxsən qoşuldu, "Trampla işbirliyimiz var” dedi.
Amma bu yanlış piar Məmmədovların sonunu tezləşdirdi, hakimiyyət onlara "boy göstərən” Məmmədovlarla yollarını birdəfəlik ayırmağa qərar verdi.

Məlumata görə, Z.Məmmədov hakimiyyətə qarşı "qeyri- səmimi” mövqeyinə görə də cəzalandırıla bilər. Məsələn, onun "vurulmasında” baş nazirin keçmiş birinci müavini, Azərbaycan iqtidarına xəyanət etmiş Abbas Abbasovla əlaqəsi də ciddi rol oynadığı deyilir. Bildirilir ki, A.Abbasov hakimiyyətlə körpüləri yandırsa da, Z.Məmmədovla müəmmalı təmasları son aylaradək davam edirmiş. Onların telefon əlaqəsi deşifrə olunduqdan sonra Z.Məmmədov bu təmasların səbəblərini izah edə bilməyibmiş. Xatırladaq ki, son aylar A.Abbasovun yenidən fəallaşması və Bakıya qarşı Kremlin daha bir planında yer alması xəbərləri yayılıb.

Ziya Məmmədovun qürubunun sirləri – həbs...

 

 

Fəqət bu da son deyil. İddialar var ki, Məmmədovların həbs təhlükəsi də realdır. Buna səbəb isə amerikalı senatorların "Trump Organization” təşkilatının Azərbaycanda Məmmədovlarla işbirliyinin şübhəli məqamları barədə araşdırma tələb etməsidir.

ABŞ mətbuatında da ötən ay bu haqda yazılar dərc olunub. Təfərrüata varmadan qeyd edək ki, yazıda Məmmədovlara o qədər ciddi ittiham var ki, bunları hakimiyyət araşdırarsa, onların qapıları uzun müddətə arxadan bağlanmış olar...

 

Ziya Məmmədovun qürubunun sirləri – həbs...

 

 

Etibarlı mənbənin bir xəbərinə görə isə Məmmədovlar Azərbaycandakı bütün əmlaklarını - hotellərdən tutmuş restoranlaradək satmaq niyyətindədirlər. "Onlar indən sonra Azərbaycanda bizneslərinin davam etdirilməsinin mümkünsüzlüyünü anlayıblar” deyə, mənbə bildirib. Sabiq nazirin varidatı ilə bağlı bu illər ərzində çox faktlar açıqlanıb. Nazir vəzifədən çıxarılmazdan əvvəl də onun ən sərt tənqidçilərindən olan partiya sədri Hafiz Hacıyev Z.Məmmədovun Bakıda və Bakı ətrafında 2 milyarda yaxın dəyəri olan daşınmaz əmlakı olduğunu iddia edir. Maraqlıdır ki, Məmmədovlar nəslinin digər nümayəndələrinə xüsusi bir qərəzli münasibət yoxdur, onlar öz həyatlarını və biznes fəaliyyətlərini davam etdirirlər...

Z.Məmmədov ilginc xəbərlərlə bağlı telefon zənglərimizə cavab vermədi. Onun da mövqeyini dərc etməyə hazırıq.

(mənbə Y.M)

Demokratik.Az


Xəbər 2950 dəfə oxunub






Oxşar xəbərlər

Göygöl SSİ-nin rəisinə cinayət işi açıla bilər
Avtomobillərdən oğurluq edənlər yaxalanıblar
Ramil Usubov polkovnik-leytenantı rəis təyin etdi
Ermənisayaq "demokratiya" şəraitində biabırçı seçkilər
Çanaqqalada ağır yol-nəqliyyat hadisəsi baş verib
“Həsir şlyapa" ləqəbli narkobaron xəstəxanadan qaçıb
Acunun Serenaya baxışları müzakirələrə səbəb oldu – Foto, Video
"Demokratik.Az" saytı Mətbuat Şurasını məhkəməyə verdi
“Sarı jiletlilər” dünyanı dəyişir - Rəqəmsal demokratiya?
Xoşbəxt Yusifzadədən iki əfsanəvi azərbaycanlı haqda ilginc açıqlamalar
Hüseyn Bağırov vəzifəsindən getmə səbəbini açıqladı
Ərdoğan Paris olayları haqda: "Bizim polisi qəddarlıqda suçlayanlar..."
“Koçak Gold” işində sensasion səsyazı var
Biabırçılıq - Bakıda iki oğlan restoranda öpüşdü - VİDEO
Bu döyüş dünyanı şoka salacaq - FOTOLAR
BƏD XƏBƏR: Yeni qiymət artımları gəlir - SİYAHI
Cəlilabadda yol qəzası baş verib, yaralılar var
Azərbaycanda yeni duz yataqları açılacaq
Samir Şərifovdan açıqlama - VİDEOMÜSAHİBƏ
"HOZU" ləqəbli baş redaktor Vahid Əhmədova NİYƏ daş atdı?
Əhəd Abıyev qəzaya düşdü: “Yalandı, onu yazan p… yeyir”
Qubada ərinin əmisi oğlu ilə qaçan qadın danışdı - Video
Ceyhun Bayramovun direktorsuz məktəbi: Sorağı məhkəmədən gəlir
"Əmr olarsa, Naxçıvan ordusu İrəvanı şumlayar" – Qüdrət Həsənquliyev
Sabiq erməni prezidenti həbs olunacaq:– QƏRAR
Qurban Qurbanov istefa verdi - SON DƏQİQƏ
POLİS GƏNC QADINI ÖLÜMDƏN XİLAS ETDİ
Əvəz Zeynallı: “Qarabağ Komitəsi 15 dekabr mitinqinə ciddi hazırlaşır”
BNA əməkdaşına hücum edən şəxs müraciət yazdı
Putindən Avropaya jest: “Türk axını”…
"İlham Əliyev Nikol Paşinyanla söhbətləşdi - MÜSAHİBƏ
Bürclər – 8 dekabr
Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir
Kreml çeçen və inquşları barışdırır
Fransada yaşayan azərbaycanlılara xəbərdarlıq – “Sabah evdən çıxmayın”
Abşeronda evə silahlı basqın edildi
NAZİRLİK DEPUTATI TƏXRİBATDA İTTİHAM ETDİ – “Nə varsa onu açıqlayıb deyirəm…”
Səddam Hüseyni sevdirən səbəblər...
"Azərbaycan büdcəsindən barıt qoxusu gəlmir" - Fərəc Quliyev
Baş nazir qəbirlərlə bağlı standartı təsdiqlədi
RƏSMİ: Belə hallarda DTX-ya müraciət edin
“Broker Əbülfəz”-ə DGK-da vəzifə verilməyib" /Açıqlama
Orduxan Teymurxan haqqında cinayət işi açıldı
Oqtay Əsədov Volodinə məktub yazıb
Ziya Məmmədovun xalaoğulları Ucarı niyə viran qoyub?
Azərbaycanın FIFA referisi karyerasını başa vurur
Gülnarəyə görə 14 milyard dollar!
Gəncə “İmamzadə”si qeydiyyata alındı, maşınla təmin olundu
Əsirlərdən biri azad edilə bilər - Bəs Dilqəm və Şahbaz?
Lift idarəsinin müdiri dediyini dandı: "Qiymət artırılmayacaq"
İran mediası Azərbaycanı nədən tənqid edir?
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana gəlir
Putin və Medvedevin maskası ilə 2 türk soyuldu
Həbib karyerasını bitirməsindən danışdı
Zaur Kamala yüksək vəzifə verildi
Qazaxıstan prezidenti öz qızına mükafat verdi
“Bu şəhərdə”dən sərt cavab: Coşquna nə olub? – Video
Paşinyandan KTMT-yə qəribə müraciət: Bakını dayandırın!
Təzadlı Hacıyevlər - biri Londonda itlə gəzir, digəri “it günün”dəki məhbəsdə
26 yaşlı gənc özünü asıb - Sumqayıtda
Eldar Namazov: “Aprel döyüşlərindən sonra dünyada rəy dəyişib”
Lukaşenki Putinlə mübahisə etdi, axırda üzr istədi - Video
Bu xanıma vəzifə verildi (FOTO)
ABŞ-ın neft nəhəngləri Azərbaycanı niyə tərk edir?
Keçmiş “KQB” agenti: “Naxçıvanda idim, yeganə çıxış yolu...”
Türkiyə ordusu 8 terrorçunu zərərsizləşdirdi
46 nəfər güzəştli mənzillərdən İMTİNA ETDİ
Lukaşenko Ermənistanın son ümidlərini də puç etdi
Şəkidə gəlin baldızları tərəfindən döyülüb
Prezident İlham Əliyev Rusiyaya işgüzar SƏFƏRDƏ

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.11367] initstartout [0.00013] initstartin [0.00059] calstart [0.00725] calend [0.00043] topnewsend [0.00316] rsssend [0.00000] ehgend [0.00544] tagsstart [0.00047] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09617]