Əli Məsimli: «Korrupsionerin pulunu əhali ödəməyə məcbur olur»

  • 12 apr 2017, 08:29
«Hökumət sahibkarlara kömək edə bilmirsə, heç olmasa, onun məlum strukturları sahibkarlara mane olmamalı, onları müxtəlif bəhanələrlə soymamalı, yersiz müdaxilələr yığışdırılmalıdır”.
Bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli Azərbaycan prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin genişləndirilmiş iclasında sahibkarlıq fəaliyyəti ilə bağlı qaldırılan məsələləri şərh edərkən deyib.
Onun sözlərinə görə, sahibkar məlum dövlət strukturları tərəfindən müxtəlif bəhanələrlə soyulanda, o, həmin korrupsionerlərə verdiyi pulu istehsal etdiyi və ya xaricdən gətirdiyi malın qiymətinin üstünə qoyur: "Deməli son haqq-hesabda korrupsionerin pulunu da onsuz da aşağı gəlirli və maaşı olan əhali təbəqəsi ödəməli olur”.

Millət vəkili hesab edir ki, regionlarda birmənalı şəkildə biznes mühitinin yaxşılaşdırılmasına ehtiyac var.

"Olkədə biznes azad sahibkarlıq, azad rəqabət,ədalətli sərbəst qiymətlər kimi fundamental prinsiplərə əməl etməklə inkişaf etdirilmlidir. Qanunla qadağa olunmayan fəaliyyətə yaşıl işıq yandırılmalıdır. Hökumət sahibkarlara kömək edə bilmirsə, heç olmasa onun məlum strukturları sahibkarla mane olmamalı, onları müxtəlif bəhanələrlə soymamalı, yersiz müdaxilələr yığışdırılmalıdır”- deyə, millət vəkili bildirib.
 
"Demokratik.Az"
Oxşar xəbərlər