Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

16:55 - 21.05.2018  
“Artur Rasi-zadə vəzifəsi ilə vidalaşmalı olacaq”
Tarix: 2-03-2017, 21:40 | Bölmə: ---

Yeni baş nazir kim təyin ediləcək; Fəzail Ağamalı Nazirlər Kabinetinin perspektivi ilə bağlı danışdı...

“Artur Rasi-zadə vəzifəsi ilə vidalaşmalı olacaq”Azərbaycanda birinci vitse-prezident təyinatından sonra Nazirlər Kabinetinin və baş nazir Artur Rasi-Zadənin taleyi müzakirə edilir. Çoxları vitse-prezidentlik institutu ilə Nazirlər Kabinetinin paralel qurum olduğunu deyərək, büdcəyə qənaət etmək üçün Rasi-Zadənin rəhbərlik etdiyi kabinet üzvlərinin sayının azaldılacağını deyirlər.

Ekspertlərə görə, Nazirlər Kabinetinin ləğvi üçün referenduma ehtiyac olduğundan iqtidar ilk növbədə 21 ildir baş nazir olan, 82 yaşlı Artur Rasi-Zadəni təqaüdə göndərməli olacaq. Yeni baş nazirin kimliyi hər kəsə həm maraqlı, həm də müəmmalıdır. 
Amma istənilən halda hakimiyyətin bu dəfə yaşlı deyil, bu postda gənc və ya orta yaşlı birisinə etimad göstərəcəyi bəllidir. Çünki hökumət də zaman-zaman Rasi-Zadənin məhz yaşlı olduğuna görə gündəmə gəldiyinin fərqindədir. Digər tərəfdən, yeni baş nazirin işlək, enerjili, ölkənin daxili situasiyasına dərindən bələd olan birisinin olmasının vacibliyini iqtidar da bilməmiş deyil. Məsələnin maraqlı tərəflərindən biri də odur ki, indiyə qədər ölkənin faktiki ikinci şəxsi sayılan baş nazir bundan sonra bu funksiyadan məhrumdur. Artıq dövlətdə ikinci şəxs I vitse-prezidentdir.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bildirdi ki, konstitusiyaya ötən ilin sentyabrında edilən əlavə və düzəlişlərdə Nazirlər Kabinetinin ləğvi və baş nazirin vəzifəsinin idarəçilik sistemindən çıxarılması məsələsi qoyulmayıb, konstitusiyada da bu dəyişikliklər öz əksini tapmayıb: "Nazirlər Kabineti və baş nazir postu konstitusiyaya uyğun şəkildə öz fəaliyyətini davam etdirəcək. Bu şübhəsizdir və bunun ətrafında müzakirə aparmağa ehtiyac belə yoxdur. Baş nazir məsələsinə gəlincə, deyə bilərəm ki, bu zaman-zaman gündəmdə olub. Vaxtilə demişəm, bu gün də təkrarlayıram ki, Artur Rasi-Zadənin baş nazir kimi Azərbaycan dövlətçiliyi qarşısında böyük xidmətləri var. O, Azərbaycan dövlətinə, onun azadlığına, söykənmiş olduğumuz ulu öndərin siyasi kursuna son dərəcə sədaqətli olub, siyasi ambisiyalardan çox uzaq olan siyasi və dövlət xadimidir. Onu nə zaman kimin əvəz edəcəyi təbii ki, cənab prezidentin səlahiyyətində olan məsələdir. Heç nə əbədi deyil. O cümlədən, vəzifə də...

“Artur Rasi-zadə vəzifəsi ilə vidalaşmalı olacaq”

Nə vaxtsa Artur Rasi-Zadə də çox çətin və şərəflə yerinə yetirdiyi bu vəzifə ilə vidalaşmalı olacaq. Burada yeni müzakirələr açmağa heç bir ehtiyac yoxdur. Onu demək vacibdir ki, ən çətin anlarda Artur Rasi-Zadə Azərbaycan dövlətçiliyinə və ulu öndərin siyasi xəttinə çox böyük sədaqət nümayiş etdirib. Bunları unutmaq olmaz, unutmaq da lazım deyil. Yaxın zamanlarda, yaxud hansısa bir zaman kəsimində cənab prezident baş naziri əvəzləmək istəyində olsa, bu da ölkə başçısının səlahiyyətindədir. Prezidentin hazırkı komandasında kifayət qədər səviyyəli, savadlı, dövlətçiliyimizə sədaqətli kadrlar var. Bu baxımdan, yetərincə nümunələr mövcuddur. Birinin adını çəkib digərini saxlamağım, məncə, qeyri-səmimi səslənərdi. Müəyyən mənada ölkə başçısının səlahiyyətlərinə qarışmaq kimi görünərdi. Bunu siyasi etikadan da kənar hesab edirəm. Əminəm ki, ölkə prezidenti zamanında bu addımı atanda Artur Rasi-Zadənin göstərmiş olduğu üstün keyfiyyətləri özündə cəmləşdirən və bu baxımdan dövlətçiliyimizi gələcəkdə daha da möhkəmləndirmək üçün səlahiyyətləri çərçivəsində öz vəzifəsini başını aşağı salıb uğurla yerinə yetirəcək şəxsi indiki baş nazirlə əvəzləyəcəyinə şübhəm yoxdur”.

Deputat vitse-prezidentlik institutu ilə Nazirlər Kabinetinin paralel qurumlar olduğu barədə deyilənlərlə də razı deyil: "Kiminsə istəyi, arzusu ilə məsələlər gündəmə gətirilmir. Konstitusiyamızda Nazirlər Kabinetinin olması nəzərdə tutulub və hazırda buna uyğun da qurum vəzifəsini icra edir. Bundan sonra Nazirlər Kabinetinin qalacağına əminəm. Əgər konstitusiyada dediklərim varsa, bu, artıq müzakirə mövzusu deyil. Paralellik məsələsinə gəlincə, I vitse-prezident kimi Mehriban xanımın rus telekanalına verdiyi müsahibəyə baxdım və orada cənab vitse-prezident bütün suallara aydın şəkildə cavab verdi. Bu fikirləri söyləyənlərə tövsiyə edərdim ki, Mehriban xanımın rus kanalına verdiyi müsahibəni diqqətlə öyrənsinlər. O zaman hər şey tam aydın olar. Mehriban xanım vitse-prezident olması və bundan sonra yaranan suallara aydın şəkildə cavab verib”.

Cavanşir ABBASLI

Xəbər 1434 dəfə oxunub






Oxşar xəbərlər

Sabiq icra başçısına yeni vəzifə verildi (FOTO)
Gəncədə seyfdən 31 min manatlıq qızıl oğurlanıb
"Fənərbağça"nın baş məşqçisi istefa verdi
İnam Kərimov sabiq bankirə “Aqrolizinq”də yüksək vəzifə verdi
Yəməndə İŞİD komandiri həbs edilib
Metro istifadəçilərinə şad xəbər
“MTN işçisi” polisi şantaj etdi və… – Təfərrüat
Moskvada Azərbaycanlı biznesmen həbs edildi
Azərbaycan Cumhuriyyətinin 100 illiyi İllinoisdə qeyd edildi
Azərbaycan ordusu möhtəşəm hərbi parada hazırlaşır
Paşinyanın siyasi ömrü sürətlə bitə bilər
Tramp ABŞ-a ilk kimi çağıracaq - İlham Əliyevi yoxsa Paşinyanı?
QOROSKOP – 21 may
Naftalanın yeni icra başçısı kimin oğludur?
QALATASARAY Türkiyə çempionu oldu
Gəncədə iki yük avtomobili yandı
Saxta əlilliklə bağlı araşdırmalar başladı – həbslər gözlənilir
ŞOK: - Ərdoğana sui-qəsd planlaşdırılıb
Tramp həyat yoldaşının adını səhv yazıb
ULDUZ FALINIZ – 20 may
Sabah 33139 abituriyenti imtahan verəcək
Donbasda NATO-nun üç hərbçisi öldü
Nəsimi Paşayev istefa verdi
Alpinist Babur Hüseynov Astarada dəfn olunub
Xaləddin İsgəndərov işdən çıxarıldı
Ramazan ayında cinsi münasibət necə tənzimlənməlidir? - QAYDALAR
Azərbaycan nümayəndə heyəti Ankarada görüşlər keçirir
İsmayıllıya yağan dolu fəsadlar törədib
Hindistanda körpü uçdu, ölənlər var - FOTOLAR
Mahmud Abbas xəstəxanaya yerləşdirildi
Ermənilər Xocalıda şadlıq evi tikir
"Sağlam ailəmi sənə borcluyam..." - Röya
“Saakaşvili Tiflisə qiyamla qayıdır” - Gürcüstan çalxalanır
Putinlə və Paşinyan Soçidə görüşəcək
Qubada xalça oğrusu tutuldu
Düşmən mövqelərimizi atəşə tutdu
“7 rayon təklifi” güzəşt deyil: Nikolun mövqeyi isə... – Ekspert
Tiflisdə əhali küçələrdə: böyük əməliyyat - Foto
Fazil Məmmədov AGF-dən ayrıldı
12 may - ULDUZ FALI
Rövşən Lənkəranskinin “qardaşı”nın neft milyonları müsadirə edildi
"ELDARGEYT" generalları nə vaxt rütbədən məhrum ediləcək?
"Real" Levandovskinin transferindən imtina etdi
Şəmkirdə balıq istehsalı və emalı müəssisəsi yaradılır
Şirməmməd Hüseynovun qızına yüksək vəzifə verildi - SƏRƏNCAM
Ermənilər “Komsomolski pravda”nın redaksiyasına hücum edib
ABŞ-ın İran sanksiyaları bizə qazanc gətirir (açıqlama)
Bakıda zavod işçiləri aksiya keçirdi: – VİDEO
Ziya Məmmədov HİCRƏT edəcək?!
Kürəkən onunla sevişmək istəyən qayınanasını boğaraq öldürüb
Prezident Bakıda otel açılışında iştirak edib
Ebru Gündeş 200 min dollar xərclədi
Ayaz Mütəllibovun sabiq mətbuat katibi şikayətini geri çəkdi
“Qaqaş” ləqəbli narkotacir tutuldu – FOTO
“AZAL-ın borcu 1 milyarda çatıb” - RƏHBƏRİNİN AİLƏ BİZNESİ İSƏ ÇİÇƏKLƏNİR!
“Üçüncü dünya müharibəsi olmayacaq.”–Bəşər Əsəd
“Mən o dəhşətli günləri yaxşı xatırlayıram…” – İlham Əliyev
Lalə Məmmədova: “Həmkarlarımın intim videolarını …”
MM Heydər Əliyevin 95 illiyi ilə bağlı xüsusi iclas keçirdi
Gömrükçü general ev dustağı edildi – şok gəlişmə
Bürc nə deyir? – 11 may
Mehriban Əliyeva 3 nəfəri təltif edib
Nigeriyalı diplomat Sudanda öldürüldü
Aslan İsmayılov Eldar Əzizovu təhqir etdi - "ailəsinə sahib durmağa ağlı çatmayan"..
Məşhur alimin evtanaziya ilə ölümü - 104 YAŞINDA
XİN rəsmisi Paşinyana CAVAB verdi
Pensiya məbləğinin hesablanmasındakı nöqsanlar olub
Əli Əhmədov və Hadı Rəcəbli toyda rəqs etdi - VİDEO
Paşinyan diqtə etdi - 2 məmur işdən getdi
DTX-nın tutduğu baş redaktor məhkəmə zalından azadlığa buraxıldı - Hökm

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    May 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.10659] initstartout [0.00013] initstartin [0.00056] calstart [0.00762] calend [0.00042] topnewsend [0.00243] rsssend [0.00000] ehgend [0.01338] tagsstart [0.00049] tag-initendin [0.00000] initendout [0.00000] weathend [0.00000] end [0.08153]