Əsədin bazaları partladıldı

  • 25 fev 2017, 21:49

Suriyanın Xüms şəhərində hökumət qüvvələrinə aid 2 hərbi bazada həyata keçirilən kamikadze hücumları nəticəsində azı 35 nəfər ölüb.

 

Axar.az xəbər verir ki, partlayış nəticəsində Xüms bölgəsinin hərbi-kəşfiyyat rəhbəri general Həsən Dabul da həlak olub.

Qeyd edək ki, terrorla bağlı heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməsə də, hücumun İŞİD-in tərəfindən həyata keçirildiyi ehtimal edilir.


Oxşar xəbərlər