General Sərvər Mehrəliyev nazirin müşaviri təyin edildi

  • 23 fev 2017, 22:13
Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin sabiq rəisi polis general-mayoru Sərvər Mehrəliyevin daxili işlər naziri Ramil Usubovun müşaviri təyin edilməsi barədə virtualaz.org-un yaydığı xəbəri təsdiqləyib. DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Report”a bildirib ki, polis general-mayoru Sərvər Mehrəliyevin uzun müddət xidmətdə göstərdiyi peşəkarlıq nəzərə alınaraq o, yeni vəzifəyə təyin olunub.
Oxşar xəbərlər