Gəncənin "Park Bulvar" kompleksində lillənmə və susuzluq

  • 20 fev 2017, 22:04

Gəncə "Park Bulvar” kompleksində ciddi problemlər baş qaldırıb.

"Demokratik.Az"-ın məlumatına görə, 2013-cü ildən inşaasına başlanılan, ümumi uzunluğu 1,2 kilometr olan əzəmətli Gəncə "Park Bulvar" kompleksi lillənmədən və susuzluqdan əziyyət çəkir. Gəncə çayında yaradılan bu kompleksin inşaası zamanı mütəxəssislərin rəyi və çayın özəllikləri nəzərə alınmadığından, çayın məcrasını torpaq lil, zir-zibil basıb. Məlumata görə, bulvar kompleksinin dünyadakı eynilə oxşarı Mexikodadır və bu layihədə həmin təcrübə əsas götürülüb. Lakin, Gəncə çayı məcrasının kompleksə qədər olan hissəsində xüsusi kollektorların quraşdırılmaması, lillənmənin qarşısının gələcəkdə alınması üçün mütəxəssislərin vacib rəyi nəzərə alınmaqla önləyici tədbirlərin görülməməsi acı sonluqla nəticələnib. Milyonlarla vəsait hesabına başa gələn bu kompleksdə beləcə, acınacaqlı vəziyyət yaranıb. Dəfələrlə xüsusi traktorlar vasitəsilə çayın təmizlənməsi isə effektiv çıxış yolu deyil. Mövsümlə əlaqədar olaraq çayın mənbəyində suyun səviyyəsinin azalması isə susuzluğa da yol açıb. Bundan əlavə, yaz-yay mövsümündə çayın suyunun daha çox hissəsi Göygöl rayonunda torpaqların suvarılmasına sərf olunur. Gəncə çayı məcrasını dəyişməsə də, su qıtlığı danılmazdır.

"Demokratik.Az" fotoları təqdim edir:




 

"Demokratik.Az"

 

Oxşar xəbərlər