İBRAHİM CƏFƏROV İLİN REKTORU OLDU

  • 18 fev 2017, 12:57

Aqrar Universitet ailəsinin qapısını daha bir şad xəbər döyüb. Təhsilin uğurlu inkişafına, güclü maddi-texniki bazanın mövcudluğuna, tələbə müəllim münasibətlərinin şəffaflığına və digər vacib amillərə görə çoxsaylı mükafatlara sahiblənən universitet daha bir qələbəyə imza atıb. 

Demək yerinə düşər ki, bu gün sosial şəbəkələrdə bütün sahələr üzrə bir-birindən maraqlı və zamanın tələbindən yaranan yarışmalar keçirilir və nəticə geniş izləyici auditoriyası tərəfindən qiymətləndirilir. Yəni, bu yarışmalarda insanlara təzyiq etmə, eləcə də saxta səs toplama imkanı olmur. Qalib yalnız ədalətli formada toplan səsin sayı ilə müəyyən edilir.

ADAU-nun mətbuat xidmətindən bildirilib ki, bir neçə gündür daha bir sorğu sosial şəbəkədə böyük rezonas yaradıb. Instagram sosial şəbəkəsində "Azerbaijani.studentss" səhifəsi tərəfindən keçirilən "ilin ən fəal və ən yaxşı rektoru" seçimi müsabiqəsi keçirilib. Şərtlərə görə müsabiqə-yarışmaya 13 rektor qatılıb. Yəni, 13 rektorun şəkili paylanılıb və nəticə bu şəkillərdən hansına bəyənilmənin daha çox verilməsi ilə qiymətləndirilib. Finala isə ən çox bəyən əldə edən iki rektor çıxıb və yarışma bu iki nəfərin arasında davam edib. Final yarışmasında təmsil olunan Azərbaycan Dövlət Neft Sənayesi Universitetinin rektoru Mustafa Babanlı ilə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov arasında gedən yarışma isə gərginliyi ilə bərabər həm də çox maraqlı olub. Azərbaycanın ali təhsil məkanında kifayət qədər çəkisi olan hər iki universitet rektoru da nüfuzuna və idarəetmə qabiliyyətinə görə həmişə hörmətlə xatırlanıb. Səsvermə isə ADAU-nun rektoru. AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun xeyrinə yekunlaşıb. İbrahim Cəfərov 2.495 bəyənmə toplayaraq ilin rektoru secilib. Bu qədər səs isə ilk olaraq işə olduqca ciddi yanaşmanın, zəif bənd olan tələbənin həqiqi mənada dostu olmasından, rəhbərlik etdiyi təhsil müəssisəsində tələbənin mənafeyini bütün məqamlardan üstün tutmasından, ən başlıcası gələcək kadrların daha mükəmməl yetişməsinə imkanların birmənalı şəkildə səfərbər edilməsindən qazanılıb. Deməli, harda halallıq, vicdan və sabahın qurucularına diqqət, qayğı varsa orda tələbənin rəhbərinə sevgisi, ona dəstəyi də var. İbrahim Cəfərovun ilin rektoru seçilməsinin sirri də elə budur.

Ötən il də  Qafqaz regionu üzrə ən böyük təhsil facebook səhifəsi olan "Azərbaycan Universitetləri” səhifəsində "2015/2016-cı tədris ilinin ən yaxşı rektoru” nominasiyası üzrə sosial yarışmada, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov 60,8 faiz səs toplayıb və tədris ilinin ən yaxşı rektoru” adına layiq görülüb.

Demokratik.Az

Oxşar xəbərlər