Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

15:12 - 18.06.2019  
“Dəqiq məlumatdır ki, Novruzda əfv olacaq”
Tarix: 18-02-2017, 10:24 | Bölmə: ---

“Dəqiq məlumatdır ki, Novruzda əfv olacaq”Əfv Komissiyası hazırlıqlarını sürətləndirib; Səidə Qocamanlı: "Mane olmaq istəyənlərə üzümü tutub deyirəm ki...”

Novruz bayramında əfv veriləcəyi artıq dəqiqləşib. Azərbaycan hakimiyyətinin mart-aprel aylarında ölkədə iqtisadi və siyasi islahatlar həyata keçirəcəyi, veriləcək əfvin isə siyasi islahatların tərkib hissəsi olacağı vurğulanır.


Bəzi siyasi məhbusların da bu əfvlə azadlığa buraxılacaqları barədə xəbərlər dolaşır. REAL sədri İlqar Məmmədov, NİDA-çı gənclər-İlkin Rüstəmzadə, Əbdül Əbilov, AXCP-dən Seymur Həzi, Məmməd İbrahim və Elvin Abdullayevin əfvə düşəcəyi bildirilir. Maraqlıdır ki, sabiq səhiyyə naziri Əli İnsanovun da adı bu sırada çəkilir. Amma məsələ ondadır ki, sabiq nazirin əvvəlki 11 illik cəzası ötən ilin oktyabrında başa çatıb, o hazırda həbs qətimkan tədbiri qərarı ilə barəsində açılmış digər cinayət işi üzrə təqsirləndirilən şəxs qismində saxlanılır.


Yəni barəsində məhkəmə hökmü olmadığından onun əfvə düşməsi mümkünsüzdür...

 

“Dəqiq məlumatdır ki, Novruzda əfv olacaq”

 

 


İ.Məmmədovun həyat yoldaşı Vəfa Məmmədova yayılan xəbərlərlə bağlı bunları dedi: "Fevralın 17-də İlqarla telefonla danışdıq. Əhvalı yaxşıdır. Ötən həftə AŞPA-nın hüquqi məsələlər və insan hüquqları komitəsinin məruzəçisi Alan Destekslə cəzaçəkmə müəssisəsində görüşüb. Desteks İlqarla xeyli söhbət edib, onun qaldığı şəraitlə maraqlanıb. Novruzda əfv olacağı çox yaxşı haldır. Ümid edirik ki, olar və bir çox məhbus azadlığa çıxar, eləcə də, siyasi məhbuslar. Artıq 4 ildir ki, eyni sualı eşidirəm və hər dəfə də eyni cavabı verirəm. Əfv olsun, kimlərin azadlığa çıxdığını o zaman görəcəyik”.

 

“Dəqiq məlumatdır ki, Novruzda əfv olacaq”

 

 


Əfv Komissiyasında artıq əfv hazırlıqları sürətlənib. Qurumun fevralın 16-da iclası keçirilib. Bu barədə mətbuata Prezident yanında əfv Komissiyasının üzvü Rəşad Məcid məlumat verib. Onun sözlərinə görə, quruma 800-dən artıq müraciət daxil olub və iclasın ilk günündə 150-nə baxılıb: "Komissiyanın iclası davam edəcək. Yaxın həftələrdə bütün müraciətlərə baxılacaq. Güman edirik ki, prezident İlham Əliyev Novruz bayramı ərəfəsində əfv fərmanı imzalayacaq”.

“Dəqiq məlumatdır ki, Novruzda əfv olacaq”

 

Hüquq müdafiəçisi Səidə Qocamanlı da martda əfvin olacağını təsdiqlədi: "Birmənalı şəkildə deyirəm, mütləq əfv olacaq. Artıq bu barədə məlumatlar həm sizdə, həm də bizdə var. Ya Yeni il, ya da Novruz bayramı ərəfəsində əfvin verilməsi artıq ənənəyə çevrilib. Bu artıq dəqiq məlumatdır ki, Novruzda əfv olacaq. Cəmiyyəti əsas düşündürən məsələ odur ki, kimlər əfvə düşəcək. Hər kim əfvə düşsə, onlar Azərbaycan vətəndaşlarıdır. Hər birinin ailələrinə qayıtmaları alqışlanmalıdır. Hüquq müdafiəçisi kimi bizləri narahat edən məsələlərdən biri də odur ki, siyahımızda olan 27 nəfərə də əfv şamil olunsun. İlqar Məmmədovun adı çəkilir, biz də çox ümid edirik ki, o azadlığa buraxılacaq. 27 nəfərlik siyahımızı lazımı qurumlara təqdim etmişik. Bunlar kimlərdir? İlk növbədə bloggerlər, jurnalistlər, gənc fəallar, İlqar Məmmədov, səhhəti ağır olanlardır. Siyahımızda 6-7 nəfər məhbus var ki, cəzalarının böyük hissəsini çəkiblər. Artıq imkan var ki, azadlığa çıxsınlar. Əli İnsanovun da adı orada var. Bu şəxslərə əfvin şamil olunacağını indidən deyə bilmərik. Bu, birbaşa prezidentin səlahiyyətindədir. Cənab prezident humanist insandır. İnanıram ki, siyahımızda olanlar azad olunacaqlar, bizlər də sevinəcəyik. Biz də onların ailələri kimi iztirab çəkirik”.

Hüquq müdafiəçisi marta qədər kənar təsirlərin olmayacağı halda əfv siyahısının geniş olacağını da qeyd etdi: "Dəfələrlə olub ki, əfv siyahıları hazırlanıb, bizi narahat edən şəxslərin adları orada olub, amma beynəlxalq təşkilatlar, ölkə daxilində olan bəzi şəxslər tərəfindən elə addımlar atılıb, müsahibələr verilib ki, azadlığa çıxma prosesinə stop qoyulmasına səbəb olub. Bu prosesə mane olmaq istəyənlərə indidən üzümü tutub deyirəm ki, siz azadlıqda olduğunuzu unutmayın. Heç olmasa, məhbus həyatı yaşayanların ailələrini düşünün. Onların taleləri ilə alver etmək olmaz. Palaz-palaz siyahılarla Avropanı gəzib Azərbaycanı biabır etməyə çalışırlar. Ola bilər ki, sizlər öz adınıza nələrsə qazanırsınız, amma məhbus ailələri itirirlər. Heç olmasa bir dəfə insafınız olsun, insan kimi o ailələri düşünün. Kənardan Azərbaycanı söyməklə heç nəyə nail olmaq mümkün deyil. Sonunda bu şəxslər artıq bunu anlamalıdırlar”.

“Dəqiq məlumatdır ki, Novruzda əfv olacaq”


İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu cebhe.info-ya açıqlamasında deyib ki, bütün siyasi məhbusların adı əfv siyahısına salınıb: "Əli İnsanov, İlqar Məmmədov və digər siyasi məhbusların adı əfv siyahısına salınıb. Biz gözləyirik ki, əfv Novruz bayramı ərəfəsində reallaşacaq”.


Cavanşir ABBASLI

Xəbər 2962 dəfə oxunub






Oxşar xəbərlər

Sabiq nazir ölkədən 14 milyon dolları NECƏ ÇIXARDI?
Makron Zelenski ilə razılaşdı: Putinlə görüş olacaq
Elçibəyin ailəsi Birinci vitse-prezidentə təşəkkür edib
VERGİLƏRİN SƏRTLƏŞƏN ÜZÜ… – Sahibkarların qorxusu əsaslıdırmı?
Saakaşvilidən Kiyev şəhəri ilə bağlı inanılmaz təklif
Aİ ayrı ölkələr üçün vizasız rejimi dayandıra bilər
Dünya çempionumuz yeni qurum yaratdı
Ağstafada qətliam qan davasıymış
Sabirabadda otyandıran manyak peyda olub
Türkiyə-ABŞ ziddiyyətinin əsas səbəbi iddia olundu
Eldar Sabiroğlu oğlundan imtina edib?
Qobu qəsəbəsində iki qardaş qonşular tərəfindən döyülüb
Sabirin büstü bu abırda - Cəlilabadda etiraz + FOTO
Qumarda borc aldığı 427 min dolları uduzdu
Gəncədə tanınmış idmançının oğlu 1 manata görə öldürüldü
Azərbaycanlı hakim UEFA-dan təyinat alıb
Kredit faizləri niyə yuxarıdır - ilginc faktlar
Dünyanın ən seksual qadını seçildi – FOTO
Qarabağda müharibə küləyi əsir - EHTİMAL
Ağstafada 8 nəfərin avtomatla güllələnməsiylə bağlı RƏSMİ AÇIQLAMA
Türkiyədə erməni dilində İLK KANAL AÇILDI: Ərdoğan da dəstəklədi - FOTO
Xırdalanda kişi 4-cü mərtəbədən yıxılıb
Türkiyə Silahlı Qüvvələri 77 PKK terrorçusunu zərərsizləşdirib
“Odlar Yurdu” Gənclər İB 7 yaşında
Tarixi debat bitdi, müzakirələr alovlandı - Video
Maykl Pompeo: ABŞ İranla müharibə istəmir
Pənah Hüseyn Surət Hüseynova od püskürdü: “... Qələt eləyir..”
“Neftçi” - “OİK-Xabarovsk” oyununun vaxtı dəyişdirilib
"AZTV"çilər Osman Nərimanoğlunu təhqir və təhdid etdi - Bu saytın fəaliyyəti qanunidirmi?
Yeni Zelandiyada güclü zəlzələ - sunami təhlükəsi var
Sakit Okeanda 6,1 bal gücündə zəlzələ olub
Azərbaycan, Rusiya və İran prezidentləri görüşəcək
NASA 2020-də Kosmosa turist yola salacaq
Ermənistanda icma başçısı güllələndi
"AXC Heydər Əliyevin təcrübəsindən istifadə edə bilmədi" - BAXCP sədri
"Bunu etsək, ermənilər Qarabağdan qaçacaq" - Rauf Arifoğlunun müsahibəsi - VİDEO
İsmayıllıda kafe yanıb
PEŞƏKARLARIN AŞAĞILANMASI… – “Belə elita ilə ölkədən əsər-əlamət qalmayacaq!”
Fuad Abbasovun səhhəti pisləşib
“Ermənilər Allahdan tələb etdi ki...”
YENİ: Azərbaycan ordusu erməniləri raketlə darmadağın etdi - VİDEO
Alim Qasımov kilsədə azan oxudu - Video
Mikayıl Cabbarov yenidən BF prezidenti seçildi
ŞOUPROBLEM! Nazilə uduzdu, yoxsa Xoşqədəm?!
Nazilə Xoşqədəmdən üzr istəməyəcəyini bəyan etdi
Bakı 5 saylı xəstəxanada rüşvət, özbaşınalıq, soyğunçuluq... - VİDEOLAR
Bugün Azərbaycanda Qurtuluş Günü qeyd edilir
Ədliyyə naziri Gəncədə vətəndaş qəbulu keçirdi
İsveçdə adaya 100 milyon kəpənək axın edib
Atəşkəs anlaşması qüvvəsini itirir - müharibə başlaya bilər
Baş nazirimiz Tacikistan Prezidenti ilə görüşüb
Həlimə Əliyevanın cənazəsi Kələkiyə göndərildi
Meray Kerinin intim görüntüləri üzə çıxdı - Video
Murad Köhnəqala azadlığa buraxıldı
Nazir jurnalistə qarşı iddiasını geri götürdü
Ədoğanın dəstəyi ilə Türkiyədə erməni telekanalı açılıb – “Luys” TV
ADAU-da Milli Qurtuluş günü ilə əlaqədar tədbir keçirilib
“Qan ver, yaşat!” Gəncə polisləri qan verdi
Oqtay Əsədov hirsləndi: Hadi müəllim, sizə də aiddir
Açıqlama: "Tankerləri ABŞ və İsrail partladıb"
Ankarada AXC-nin yaranmasının 101-ci ildönümü qeyd olunub
Ərdoğan Tacikistana səfər edib
“Yaltaq adam sonda mütləq əclaf olur…” (Şairlə Müsahibə)
ŞOK! Bakıda jurnalistin qızı və arvadı intihar etdi
Ornella Mutini həbs gözləyir
Nizami Cəfərov BDU-da kafedra müdiri seçildi
Vahid Əhmədov Lombardları sərt tənqid edib
Elçibəyin həyat yoldaşı vəfat edib - Türkiyədə
Qulaqlıqla 3 saatdan çox mahnı dinləmək olmaz
Milli Məclisdə büdcənin icrası müzakirə edilir

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyun 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.43788] initstartout [0.00019] initstartin [0.00094] calstart [0.01706] calend [0.00058] topnewsend [0.00472] rsssend [0.00000] ehgend [0.01367] tagsstart [0.00073] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.39996]