Gəncə Dövlət Filarmoniyasının direktoru dəyişdirilib

  • 16 fev 2017, 16:18
Demokratik.Az-ın xəbərinə görə, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru artıq rəsmən dəyişdirilib.

 
 
Belə ki, yayılan şaiyyələrdə Şahnaz Haşımovanın direktor vəzifəsindən azad ediləcəyi, onu Gəncə Musiqi Kollecinin əvvəlki direktoru Gülçin Mirzəyevanın əvəzləyəcəyi barədə qeyri-rəsmi məlumatlar Mədəniyyət və Turizm Nazirliyinin sərəncamına əsasən rəsmiləşdirilib. Hazırda Gəncə Musiqi Kollecinin direktoru vəzifəsinə təyinat olmasa da, bu vəzifəyə də real namizədin adı hallanmaqdadır. Gəzən söz-söhbətə görə, əvvəllər GDU-da musiqi kafedrasında çalışan və Gülçin Mirzəyeva ilə rəfiqəlik edən Afət Əmiraslanova bu posta sahiblənəcək.
Qeyd edək ki, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının vəzifəsindən azad olunmuş Şahnaz Haşımova Azərbaycanın xalq artistidir və "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblı, Xalq Çalğı Alətləri Orkestri və Dövlət Kamera Orkestrinin bədii rəhbəridir.
Eyni zamanda, Ş.Haşımova əməkdar artist Aybəniz Haşımovanın bacısıdır.
 
Demokratik.Az
Oxşar xəbərlər