Ziya Məmmədovu bitirən zəng – Şok detal

  • 15 fev 2017, 11:51

Məlum olduğu kimi, Azərbaycan prezidenti İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Nəqliyyat Nazirliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirilərək, onların əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb. Ramin Namiq oğlu Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib. Bununla da nəqliyyat naziri Ziya Məmmədovun 15 illik nazir karyerasına son qoyulub.

Yaxın keçmişin qüdrətli oliqarxlarından olan Ziya Məmmədovun səlahiyyətlərinin məhdudlaşdırılması 3 ilə yaxın idi ki, davam edirdi və belə bir sonluq gözlənilməz olmadı. Hökumətin ən nüfuzlu nazirlərindən biri sayılan Z.Məmmədovun bitirilməsi hələ də müəmma olaraq qalır. İstiqlal.az-a daxil olan məlumatlarda bu müəmmaya aydınlıq gətirilir.

Məlumata görə, Ziya Məmmədovun "vurulmasında” baş naziri keçmiş müavini Abbas Abbasov faktoru da rol oynayıb. Bildirilir ki, Abbas Abbasov hakimiyyətin hədəfinə gələndən sonra da Ziya Məmmədovun onunla əlaqəsi olub. Onlar mütəmadi olaraq telefon əlaqəsi saxlayıblar. Ziya Məmmədovla Abbas Abbasovun nə danışdığı, nələr barədə müzakirə aparmasının təfərrüatları bizə bəlli deyil. Bilinən odur ki, onlar telefonla danişmaq üçün başqa nömrələrdən istifadə ediblər. Lakin Abbas Abbasovun yanına yerləşdirilən Azərbaycan hakimiyyətinə yaxın şəxslər bunu bilib və dərhal informasiyanı Bakıya ötürüb.

Hakimiyyət dərhal xüsusi xidmət orqanlarına məsələni araşdırmağl tapşırıb. Amma araşdırmalar nəticəsiz qalıb. Azərbaycan hakimiyyəti ilə Kreml münasibətlər düzələndən sonra isə bu işdə Rusiyanın Federal Təhlükəsizlik Xi dmətindən (FTX) yardım istənilib. FTX Ziya Məmmədovla Abbas Abbasovun gizli  nömrələrini üzə çıxara bilib. Bundan sonra Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Ziya Məmmədovu yanına çağırıb. Nəqliyyat naziri Abbas Abbasovla əlaqələri barədə sorğu-sual edib. Ziya Məmmədovun Ramiz Mehdiyevin "istintaqında” hər şeyi inkar edib.

Bundan sonra prezident İlham Əliyev Ziya Məmmədovu danışdırıb. Nəqliyyat naziri prezidentə Abbas Abbasovla əlaqəsini etiraf edib və bildirib ki, bu munasibət hakimiyyətə qarşı yönəlməyib. İlham Əliyev ondan nə üçün Ramiz Mehdiyevlə söhbətdə Abbas Abbasovla əlaqəsini inkar etdiyini soruşduqda nazir PA rəhbərinin bu faktdan ona qarşı istifadəcəyindən ehtiyat etdiyini deyib. Lakin Ziya Məmmədovun cavabları prezidenti qane etməyib. Ziya Məmmədovun diqqətinə çatdırılıb ki, əgər ona Abbas Abbasovla əlaqələri hakimiyyətə qarşı olmayıbsa o bu barədə əvvəldən birinci şəxsi məlumatlandırmalı idi.

Mənbəmiz iddia edir ki, bütün bunlardan sonra Ziya Məmmədovun "qələmi qırılıb”.

Ziya Məmmədov 28 aprel 1952-ci ildə Ucar rayonunun Qazıqumlaq kəndində anadan olub. Ali təhsillidir. Qırmızı Əmək Bayrağı Ordenli Rostov Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunu bitirmişdir.

Əmək fəaliyyətinə 1971-ci ildən Azərbaycan Dövlət Dəmir Yolunun Biləcəri Lokomotiv deposunda maşinist köməkçisi kimi başlamışdır. 1972-1974-cü illərdə hərbi xidmətdə olmuşdur.

1974-1980-cı illərdə Azərbaycan Dövlət Dəmir Yolunun Biləcəri Lokomotiv deposunda maşinist köməkçisi, maşinist vəzifəsində daha sonra 1980-1983-cü illərdə Biləcəri Lokomotiv deposu istismar sexinin partiya təşkilatının katibi və Biləcəri Lokomotiv deposu həmkarlar komitəsinin sədri vəzifəsində çalışmışdır.

1983-1984-cü illərdə Azərbaycan Dəmir Yolu hərəkət xidmətinin Lokomotiv dispetçeri, 1984-1987-ci illərdə Biləcəri Lokomotiv deposu rəisinin kadr və məişət işləri üzrə müavini vəzifəsinə təyin olunmuşdur. 1987-1989-cu il illərdə Biləcəri Lokomotiv deposu Dəvəçi əvəzedici məntəqəsinin rəisi, 1989-1991-ci il illərdə Gəncə Lokomotiv deposunun rəisi vəzifəsində işləmişdir. 1991-1993-cu illərdə Azərbaycan Dəmir Yolu Lokomotiv təsərrüfatı xidmətinin rəisi, 1993-1996-cı illərdə Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi rəisinin lokomotiv və vaqon təsərrüfatı üzrə müavini işləyib.

Azərbaycan prezidentinin 31 iyul 1996-cı il tarixli sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun rəisi vəzifəsinə təyin edilib və 2002-ci ilin avqust ayına kimi bu vəzifədə çalışıb.

 

Azərbaycan prezidentinin 8 avqust 2002-cı il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Nəqliyyat naziri vəzifəsinə təyin edilib.

Əlavə olaraq onu da bildiririk ki, internet resurslarında Ziya Məmmədova yaxınlığı ilə seçilən bir çox icra başçılarını, deputat seçilmiş qardaşı və başqalarını da eyni aqibət gözləyir. Ziya Məmmədovun ötən gün verdiyi açıqlamasında deyildiyi kimi, o artıq öz nüfuzunu və təsir imkanlarını itirib, adi vətəndaşa çevrilib.

Oxşar xəbərlər