Polşada erməni qrupu həbs edildi

  • 15 fev 2017, 11:25

Polşada qanunsuz siqaret istehsalı ilə məşğul qrupun üzvləri həbs edilib.

APA-nın məlumata görə, qrupa rəhbərliyi iki Ermənistan vətəndaşı edib. Paytaxt Varşava yaxınlığındakı qanunsuz tütün sexində aparılan axtarışlar zamanı 10 min dolu və 100 min boş siqaret qutusu aşkarlanıb.

Həbs edilənlər arasında beş Ukrayna, iki Ermənistan və bir Polşa vətəndaşı olub. Qruplaşmaya rəhbərlik edən ermənistanlıları on ilədək, digər iştirakçıları isə beş ilədək həbs cəzası gözləyir.

Oxşar xəbərlər