Masallıda ev uçdu

  • 14 fev 2017, 14:03
Masallıda yaşayış evi uçub.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Dəlləkli kəndində qeydə alınıb.
Kənd sakini, 1958-ci il təvəllüdlü Məmmədyar Mehdiyevə məxsus birmərtəbəli ev qarın ağırlığına tab gətirməyib, evin arxa divarı uçub.
Evdə 26 nəfərin yaşadığı bildirilir.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
 
Demokratik.Az
Oxşar xəbərlər