Göygöl SSİ-də bir ilkə imza atılıb

  • 14 fev 2017, 10:34

"Bu həm prezident cənab İlham Əliyevin, həm də Əhməd Əhmədzadənin Meliorasiya və Su təsərrüfatına ayırdığı diqqətin və qayğının təzahürüdür".

Bu sözləri "Demokratik.Az"-a Göygöl Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmov bildirib. Onun sözlərinə görə bu günlərdə istifadəyə verilən və MDB məkanında ilk dəfə olaraq subartezian quyusunun internet üzərindən interaktiv idarə edilməsi sisteminin quraşdırılması Göygöl Suvarma Sistemləri İdarəsinin əməkdaşları üçün əsil bayram sevincinə səbəb olub. Belə bir texnologiyanın ölkəmizdə də ilk olaraq Göygöldə tətbiqindən qürur duyduğunu dilə gətirən meliorator qurğunun necə çalışdığına diqqət çəkib. Onun sözlərinə görə, quyunun ərazisinə fiberoptik kabel çəkilib. Xüsusi internet proqramı təmin olunaraq, internet üzərindən quyunun yerləşmə koordinatları, temperaturu, xidməti xəritəsi, elektrik sayğacının göstəriciləri və bu kimi vacib parametrlər ən uzaq məsafədən belə, idarəolunan hala gətirilib. İnternetə çıxışı olan istənilən cihazla (telefon və ya kompütrlər) artezyan quyusunu çalışdırmaq və ya söndürmək mümkündür. Belə görünür ki, bu tətbiq hələlik meliorasiya sahəsindəki ən son yenilikdir. Bu yeniliyin ölkə üzrə də tətbiq olunacağı isə artıq qaçılmazdır.. Çünki, bu tüxnologiyanın tətbiqi subartezyan quyularının 60 faizədək qənaətli xərclə işləməsinə də şərait yaratmış olur.

"Demokratik.Az" Aztv-nin əməkdaşı Əhməd Qədiroğlunun hazırladığı reportajı da təqdim edir:

"Demokratik.Az"

Oxşar xəbərlər