Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Sabiq nazirdən ilk açıqlama: "Heç özüm də bilmirəm nə olacaq..."
Sabiq nazirdən ilk açıqlama: "Heç özüm də bilmirəm nə olacaq..."
- 13 fev 2017, 16:00
Nəqliyyat Nazirliyinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birləşdirilməsinə Ziya Məmmədov münasibət bildirib.
O, musavat.com-a açıqlamasında deyib ki, bu mövzunu hələlik şərh etmək istəmir: "Mən hələ bu haqda danışmaq və şərh vermək istəmirəm. Açığı heç zöüm də bilmirəm ki, nolacaq, necə olacaq". Sabiq nazir "indən sonra hansı vəzifədə çalışacaqsınız, sizinlə bağlı təyinat olacaqmı" sualına belə cavab verib: "Bu barədə heç nə deyə bilmərəm. Öz başına deyiləm ki. Bu işlər mənim səlahiyyətimdə deyil".
Xatırladaq ki, bu gün - fevralın 13-də Azərbaycan prezidenti İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, sərəncama əsasən Nəqliyyat Nazirliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyibirləşdirilərək onların əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılır.
Yeni yaradılan nazirliyə Ramin Namiq oğlu Quluzadə rəhbərlik edəcək. R.Quluzadə Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar naziri təyin edilib.
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Azərbaycanda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılır
İlham Əliyev yeni nazir təyin etdi
İlham Əliyev yeni sərəncam imzalayıb
Yeni nazirlik yaradılır-iddia
Prezident Cahangir Hacıyevlə ƏIi Abbasovun adını siyahıdan çıxardı
Əli Abbasov mülklərindən danışdı: "Niyə satmalıyam ki?"
«Rabitə işi»ndə hakim şahidlərə irad tutdu
Rabitə Nazirliyinin 22 əməkdaşı işdən çıxarıldı-ixtisarla
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti