GDU-da payız imtahan sessiyası uğurla başa çatıb

  • 09 fev 2017, 19:12

Gəncə Dövlət Universitetinin rektoru professor Yusif  Yusibovun  imzaladığı müvafiq əmrə əsasən, 2016/2017-ci tədris ilinin dekabr ayından başlayan payız (qış) imtahan sessiyası başa çatmışdır. Bu barədə "Demokratik.Az"-a Universitetin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, imtahanlar universitetin müasir avadanlıqlarla təchiz olunmuş otaqlarında təşkil edilmişdir. İmtahanlarda 6000-dən çox tələbə iştirak etmişdir.

Universitetdə imtahanların gedişatını izləmək üçün valideynlərin, KİV və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə ənənəvi olaraq "Açıq qapı” günləri də keçirilmişdir. Valideynlər otaqlarda yaradılan texniki şərait, imtahanların şəffaf keçirilməsi, övladlarının kömpüterdə test suallarına cavab vermələri, tələbələrin şikayətlərini araşdırmaq məqsədilə təşkil olunmuş "Apelyasiya komissiyası”nın və imtahanlar zamanı baş vermiş neqativ hallar haqqında operativ məlumat ötürməyə xidmət edən "İmtahan qərargahı”nın fəaliyyətilə tanış olmuş, imtahanların yüksək səviyyədə, obyektiv və şəffaf keçirilməsindən razı qalaraq, rəhbərliyə öz təşəkkürlərini bildirmişdirlər.

Artıq imtahanlar uğurla başa çatmışdır. Daha səmərəli işləmək üçün bu proses aidiyyatı şöbələr, dekanlıqlar tərəfindən araşdırılacaq, nəticələr növbəti Elmi Şurada müzakirə ediləcəkdir.



"Demokratik.Az"


 

 

Oxşar xəbərlər