Moldovada aeroport boşaldıldı

  • 07 fev 2017, 21:27
Moldovanın paytaxtı Kişinyovda beynəlxlaq hava limanı boşaldılıb.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, bu gün aeroportun sərhəd polislərinə naməlum elektron poçtdan hava limanının minalandığı ilə məlumat daxil olub.

Aeroportun işçi heyəti və sərnişinlər evakuasiya olunub.

Hazırda hava limanında təhlükəsizlik tədbirləri gücləndirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları bomba xəbərdarlığını edən şəxslə bağlı axtarışlara başlayıb.
Oxşar xəbərlər