ADAU-nun ƏMƏKDAŞLARI TELEKÖRPÜ-VEBİNARDA İŞTİRAK EDİB

  • 06 fev 2017, 18:52

 

Qazaxıstan Milli Aqrar Universitetinin təşkilatçılığı ilə MDB ölkələrinin aparıcı aqrar universitetlərinin heyvandarlıq sahəsi üzrə alim və mütəxəssisləri üçün  "Heyvanlarda biotexnologiyanın aspektləri” mövzusunda telekörpü-vebinar keçirilib.

 

ADAU-nun mətbuat xidmətindən "Demokratik.Az"-a bildirilib ki, bu təhsil müəssisəsinin  əməkdaşları üçün aqronomluq fakültəsində, professor Famil Şərifov adına auditoriyada təşkil olunan vebinarda universitetin baytarlıq təbabəti və zoomühəndsilik fakültəsinin aparıcı alim və mütəxəssisləri iştirak edib, heyvanlarda bitexnologiyanın aspektlərinə dair maraqlı müzakirələr aparıblar.

Vebinarda MDB ölkələrinin 8 aqrar universitetinin əməkdaşları iştirak edib və sonda iştirakçılara sertifikatlar təqdim olunub.

"Demokratik.Az"

Oxşar xəbərlər