Apteklərdən dərmanlar qeybə çəkilib - PROBLEM

  • 06 fev 2017, 18:37

 

Sosial şəbəkələrdə son zamanlar apteklərdə dərmanların tapılmaması ilə bağlı çoxlu müzakirələr gedir. Bu problemlə üzləşən paytaxt sakinləri də az deyil.

- Bütün aptekləri gəzmişik. Dərmanları tapmırıq. Yoldaşım xəstədir, "Atarax", "Noşpa", adi "Vitamin C" belə yoxdur. Çox axtarmışam, tapmamışam.

- Şəkər xəstəsiyəm, dərman tapmıram. İnsulini çox baha qiymətə satırlar.

- Hazırda dərmanlar yoxdur. Baxın indi aptekə girdim, soruşdum, yenə də yoxdur. 3-4 gündür soruşuram, lazım olan dərman yoxdur. Təzyiqdir, astmadır, bu xəstəliklər üçün olan dərmanlar yoxdur. Bu dərmanlara tələbat var. Əgər insan astmadırsa, dərmansız dayana bilməz"

Yaxın zamanlara kimi belə problem yaşanmasa da, qəflətən apteklərdən dərmanlar qeybə çəkilib. Təxminən iki həftədir ki, sakinlər onlara lazım olan əsas dərmanları tapa  bilmirlər. Bu məsələ sosial şəbəkələrdə də ciddi müzakirə mövzusuna çevrilib. Problemi araşdırmaq üçün paytaxtda yerləşən bir  neçə aptekə baş çəkirik. Satıcılar faktı təsdiqləyirlər:

- Depo vermir, depo verməyəndən sora biz nə deyə bilərik.

- Bizdə problem çox qısa müddət yaşandı. Bizə deyiblər ki, birinci gün dərmanlar buraxılacaq. Biz səbəblərini bilmirik niyə belədir. Təxminən 3-4 gün çəkdi. Biz mal ala bilmədik. Qiymət məsələsindən xəbərimiz yoxdur, köhnə qiymətlərdir. Tarif Şurasının yeni qiymət cədvəli hələ bizə gəlməyib.

- Dərmanlar aptekdə yoxdur. Şirkətlər hansı məhsulu verirsə, o dərmanlar var. Referent malların çoxu verilmir deyə yoxdur. Haradasa 10 gün olar yoxdur. Dərmanlar tapılmır. Səbəbini demirlər.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirirlər ki, sakinlərin adlarını çəkdiyi dərmanlar qeydiyyatdan keçib, idxalı da var. Ancaq apteklərə dərmanların göndərilməsi, təyin olunması mərkəzin səlahiyyətinə aid deyil.

Demokratik.Az

Oxşar xəbərlər