Əlixan Məlikovla Elmar Vəliyev niyə küsüşüb?

  • 09 fev 2017, 17:59

"Azəriqaz"ın sabiq şefi barışıq axtarır!

"Demokratik.Az”-a Gəncə xanı Elmar Vəliyev və "Azəriqaz”ın sabiq şefi Əlixan Məlikov haqda  maraqlı məlumat daxil olub. Məlumata görə,  hər iki məmur zamanında yaxın dost olsalar da, hazırda tərəflər arasında soyuq küləklər əsir, vaxtilə dostluğun təməlini qurmuş övladları belə bir-birlərinə ataları qədər küskündürlər. Bəs incikliyə, "küs"ə səbəb nədir?

Aldığımız maraqlı xəbərə görə, başçının oğlu Elmirlə Elnur Məlikovun illər öncə ortaq biznesləri, bu səbəbdən yaxın dostluqları olub. Lakin sonradan qiymətli bir obyekt üzündən tərəflər arasında savaş elan edilib. Məlumata görə, nəticədə Elnur Məlikov mübahisəli obyekti Elmir Vəliyevə güzəştə getməli olub və arada küskünlük yaranıb. Sonralar mübahisə dərinləşib, işə böyüklər də qarışıb. Barışığa gəlinməyib və Elmar Vəliyevlə Əlixan Məlikov da bir-birlərindən bərk incik düşüb.

 

"Demokratik.Az”-a verilən məlumata görə, Əlixan Məlikov bu səbəbdən Gəncədəki bir neçə vacib kommersiya maraqlarının da üstündən xətt çəkibmiş. Lakin bu günlərdə (hələlik dəqiqləşdiririk-red) Əlixan Məlikov gözlənilmədən Gəncəyə gəlib və Elmar Vəliyevə barışıq təklifi göndərib. Bir neçə yaxını ilə təmas quraraq, "VEGO Hotel"də gecələdikdən sonra Bakıya qayıdıb. Məlumata görə, sabiq "Azəriqaz" şefinin yaxın çevrəsində onun tezliklə hansısa yüksək vəzifəyə təyinat alacağı barədə də mülahizələr yürüdülür...

P.S. Maraqlıdır ki, Elmar Vəliyevin bu sayaq ortaqlıqları çoxluq təşkil edir. Aqibəti də nədənsə ayrılıq olur.   

"Demokratik.Az"

Oxşar xəbərlər