Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

16:20 - 22.10.2019  
Bizi ermənilərə kim satdı: Nuru Paşa, yoxsa?..
Tarix: 5-02-2017, 14:10 | Bölmə: ---

Milli Məclisin deputatı, Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadənin "Erməniləri bizim üstümüzə salan elə Osmanlı idi” iddiası ciddi qalmaqala səbəb oldu.

Bizi ermənilərə kim satdı: Nuru Paşa, yoxsa?.."Sonradan isə xilas etdilər. Bu faktı unutmayın. Nuru paşa Gəncədə oturmuşdu və ona qızıl gələnə qədər yerindən tərpənmirdi. Hacı Zeynalabdin Tağıyev Nuru Paşaya faytonla qızılı çatdırandan sonra o, Gəncədən Bakıya doğru hərəkət etdi”, - deyə o iddiasında bildirib.

Bütün tarixi mənbələrin əksinə olan bu iddianın kimə istinadən səsləndirilməsi də maraqlı idi.
A.Əlizadə bildirib ki, o, bu barədə Fazil Mustafanın (Milli Məclisin deputatı – red.) elmi məqaləsinə istinadən danışır.
F.Mustafa isə deyilənləri təkzib etdi və bildirdi ki, heç vaxt Nuru Paşaya qarşı bir kəlmə də yazmayıb.

 

 

Sonradan Araz Əlizadənin yanlışlığa yol verdiyinə görə Fazil Mustafadan üzr istədiyi haqda məlumat yayıldı. İki deputatın mübahisəsi sona çatsa da, Nuru Paşa haqqında iddianın müzakirəsi bitmir.

Publika.az bu müzakirələri nəzərə alaraq, XX əsrin əvvəllərində baş verənlərə aydınlıq gətirmək üçün tarixçilərə üz tutdu.

Bizi ermənilərə kim satdı: Nuru Paşa, yoxsa?..

 


Bakı Dövlət Universitetinin tarix elmləri üzrə doktoru, professor Nəsiman Yaqublu deyir ki, Türkiyənin Azərbaycan tarixində xilaskarlıq missiyasını danmaq olmaz: "Türklər 1918-ci ildə də Azərbaycanın dövlət olmasında önəmli rol oynadı. Başda Nuru paşa olmaqla türk əsgərləri Azərbaycan Xalq Cümhuriyyətinin dəvəti ilə gəlmişdilər. 1918-ci ildə AXC ilə Osmanlı dövləti arasında müqavilə imzalanmışdı. Həmin müqavilənin dördüncü maddəsində deyilirdi ki, "Azərbaycan xalq Cümhuriyyəti Osmanlı dövlətindən hərbi yardım istəmək hüququna malikdir”. Türklər həmin müqaviləyə əsasən Azərbaycana gəldilər və Bakını azad etdilər”.
Osmanlının erməniləri azərbaycanlıların üstünə qaldırması iddiasına gəlincə, N.Yaqublu məsələnin başqa cür olduğuna diqqət çəkib.

 

"Osmanlıda yaşayan ermənilər özlərinin dövlətini yaratmaq xülyası ilə silahlı qiyama başladılar. Vanda, Zonquldağda və digər bölgələrdə belə qiyamlar oldu. I Dünya müharibəsində Çar Rusiyası da Türkiyə əraziləri hesabına erməni dövlətinin yaradılmasını dəstəkləyirdi. Lakin Türkiyə buna imkan vermədi. Həmin vaxt Azərbaycana keçən silahlı ermənilər azərbaycanlıları qətlə yetirməyə başladılar. Həmçinin, I Dünya müharibəsində çar ordusunun tərkibindəki silahlı ermənilər müharibədən sonra Qərbi Azərbaycanda yüzlərlə kəndimizi dağıtdı, minlərlə azərbaycanlını qətlə yetirdi”, - deyə o vurğulayıb.

Professor Məmməd Əmin Rəsuzladənin 1918-ci ildə türklərlə bağlı dediklərini də diqqətə çatdırıb: "Rəsulzadə yazırdı ki, "1918-ci ilin 28 mayında dövlətimizi qurmuşuqsa, 15 sentyabrda bunu sözdən əmələ keçirmişik”. Yəni Bakı işğaldan azad olunandan sonra bu mümkün olub.
Rəsulzadə həmçinin, vurğulayırdı ki, "28 may olmasaydı, 15 sentyabr da olmayacaqdı, 15 sentyabr olmasaydı, 28 may olmayacaqdı. Birincinin səbəbkarı biz, ikincinin isə türklərdir”. Gəncədən başlayaraq, Bakı, Göyçay, Hacıqabul, Şamaxı, Qobu, Ağsu və digər ərazilərin azad olunmasında 1000-dən çox türk əsgəri şəhid olub. Biz xilaskarımız olan bu şəhidlərin ruhuna hörmətlə yanaşmalıyıq”.

 

Bizi ermənilərə kim satdı: Nuru Paşa, yoxsa?..

 


Tarix elmləri namizədi Kərəm Məmmədov da Osmanlı və Nuru Paşa haqqındakı iddiaları absurd hesab edir.

"Əgər Osmanlı 1918-ci ildə erməniləri bizim üstümüzə qaldırmışdısa, bəs 1905-ci ildə olanları kim eləmişdi?! Bu yanaşmanın heç bir əsası yoxdur”, - deyə o bildirib.

K.Məmmədov qeyd edib ki, bütün münaqişə 1828-ci ildə Türkmənçay müqaviləsindən sonra başlandı: "Həmin müqavilənin 15-ci maddəsinə uyğun olaraq, Çar Rusiyası erməniləri Azərbaycanın ən görməli, yaxşı yerlərinə köçürtdü. Bununla da münaqişənin əsası qoyuldu. Çar Rusiyası bundan zaman-zaman basdırılmış mina kimi istifadə etdi, həmişə də erməniləri müdafiəsində durdu. 1918-ci ildə baş verənlər də bunun davamı idi”.

Tarix elmləri namizədi əlavə edib ki, Nuru Paşa Azərbaycana ordu ilə gəlməmişdi.

"O, bir neçə zabitlə gəlmişdi və Qafqaz İslam ordusunu burada yaratdı. Əvvəlcə Dağ Borçalıdan könüllülər bu orduya qatıldı. Sonra Gümrüdən, Cəlaloğludan, Qazaxdan, Gəncədən gələnlər əsasında ordu yaradıldı. Nuru Paşanın ögey qardaşı Ənvər Paşa da artilleriya dəstəsi göndərdi. Çünki həmin vaxt bizim artilleriyamız yox idi. Beləliklə, Bakı işğaldan azad olundu. Burada hansı qızıldan söhbət gedə bilər?! Ola bilsin ki, Bakı işğaldan azad olunandan sonra əsgərlərə hansısa mükafatlar verilib. Lakin bu, da dəqiq deyil. Osmanlı ordusu muzdlu qoşun deyildi ki, nəyinsə qarşılığında döyüşsünlər. Bu iddialar hansı mənbələrə əsasən irəli sürülür?!”, - deyə o vurğulayıb.

K.Məmmədov hazırda çoxlarının özünü tarixçi hesab etdiyinə də diqqət çəkib: "Bir çox adamın tarixi mənbələrdən xəbəri belə yoxdur. Vaxtilə Çar Rusiyası və SSRİ-nin tarixi dərsliklərindən oxuyub danışırlar. Görünür, yeni mənbə oxumaq istəmirlər”.

Asif

 

Xəbər 3448 dəfə oxunub






Oxşar xəbərlər

Prezident yaşı 70-i keçənləri istefaya dəvət etdi!
Elmar Vəliyevi ölümdən xilas edən cangüdəni danışdı
Milli Şuranın aksiyasını hansı qüvvələr təşkil edib - yeni gəlişmələr
Sürücülük vəsiqəsi barədə – Yeni qayda
ABŞ-ın İllinoys Universitetinin professoru ADAU-ya gəlib
"AZƏRSU ASC"-yə qarşı şikayət davam edir - MƏKTUB
Qubada avtomobil oğrusu tutulub
Real TV Mirşahinin diplomatik qalmaqala səbəb ola biləcək verilişini sildi
Pakistan prezidenti Bakıya səfər edəcək
“Ded Xasan”ın qətlini kim sifariş verib? – “Lənkəranski” versiyası alt-üst oldu
Əli Kərimli niyə elə etdi, bəs ona qarşı niyə belə etdilər...
Baş nazirin qosqoca müavinləri vəzifələrindən getdi - SƏRƏNCAMLAR
Hafiz Hacıyev qardaşını itirdi
“Beşiktaş” klubuna yeni prezident seçilib
Milli Şuranın 19 oktyabr aksiyasına digər partiyalardan: "Belə olsun istəmirik!"
Parisdən Bakıya qəfil zəng - İrəvan və Xankəndi şokda
Rusiyanın “ən təhlükəli” hərbi gəmisi...
18 illik şöbə müdiri işdən çıxdı
Zidan "Real"ın "Malyorka"ya məğlubiyyətini şərh edib
Bakının ən qəribə küçə adları (SİYAHI)
YAP bəyanat yaydı: "Qanuni hakimiyyətin devrilməsi çağırışları ölkənin konstitusion quruluşuna qəsddir"
Cəlilabad Təhsilində nə baş verir? - QALMAQAL
ABSURD - İş adamı baş redaktorun həbsini istəyir
Arif Əliyev yazdı - "REFORMA-2"
Razılaşdırılmamış aksiyada saxlanılan Əli Kərimli və digərləri sərbəst buraxıldı
“Bu özbaşınalığa görə kim məsuliyyət daşımalıdır?” - Əli Həsənov
"60 nəfər saxlanıldı" - Rəsmi açıqlama
"Qanunsuz aksiya cəhdinin qarşısı alınıb, saxlanılanlar var" - BŞBPİ-dən Açıqlama
İcazəsiz mitinqə görə bağlanan stansiyalar açıldı
“19 oktyabrda qarşıdurma baş verərsə, məsuliyyəti onlar daşıyacaq”
Oliqarx məmurların sonu çatdımı? – Ekspertdən
Doğrudanmı Yaxın Şərqdə “Kürd səhifəsi” çevrilir...
"Bakı xəbər"-də MÜƏMMA" - "v ne ştatnik" müxbir siyasi yazıları niyə oğurlayır ?
Türkiyəni niyə sevməliyik? - publisist baxışı
“MTN çetesi”nin ifşasının 4 ili - Ekspert dəyərləndirir
Zahid Oruc: “Dəyişikliklər qaçılmazdır”
Azərbaycanda qoyun və inəklərin sayı AÇIQLANDI
Azərbaycanlı Ukraynada Baş prokurorun müavini oldu - FOTO
Mətbuat Şurası da toplanıb
Keçmiş maliyyə naziri iqtisadi tənəzzüldən gileyləndi - TƏHLİL
GƏNCƏ MÜSTƏQİLLİK GÜNÜ BAYRAQSIZ QALDI
Leyla Əliyevanın 18 Oktyabr hədiyyəsi – VİDEO
Tanınmış simalar Əli Həsənovu yağmaladı: "İslahatların önündəki əngəllər və ya altdan-altdan iş görənlərin izi ilə...
“Yol Polisinə dəstək” qrupları yaradıldı
ADAU-nun rektoru Belarusdadır
Tramp: "İŞİD tam nəzarət altındadır"
Prezidentin mesajları: vətəndaş rifahı, yeni kadrlar, şəffaflıq...
"Dövlət Nəzarət Təhlükəsizlik Departamenti"nin rəhbəri həbs olunub - Rəsmi
Prezidentdən mətbuatdan silah kimi istifadə edənlərə XƏBƏRDARLIQ!
12 milyona çılpaq soyundu – FOTO
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötür
Karateçimiz Ayxan Mamayev xəstəxanaya yerləşdirildi
Prezident Saleh Məmmədovu qəbul etdi (YENİLƏNİB)
Vahid Əhmədov: “..gənc kadrlar vəzifəyə gətiriləcək”” - VİDEOMÜSAHİBƏ
Samir Feyruzun yazısı: Ən çox şantaj edilən məmurlar kimlərdir?
Daşkəsəndə polis yanan avtomobili belə söndürdü - VİDEO
Fövqəlnazir Goranboyda icra başçısının "zapravka" tikintisini durdurdu - Merin şəriki də var
"İslahatları gözdən salmaq istyirlər ki, oturduğu kreslonu..."
Şəbnəm Tovuzlu Hacı Ramazandan danışdı: "Bu adamı tanımıram"
SƏNİN ŞƏRƏFİNƏ, CƏNAB GENERAL!
Dünya ölkələrinin telefon kodları - SİYAHI
Vilayət Eyvazov generalı təqaüdə göndərdi
Azərbaycan nefti bahalaşdı
Trampın Ərdoğana yazdığı “çox ağır” məktub açıqlandı
İran daha bir Fransalı elm adamını həbs edib
Sabiq deputat Rafael Cəbrayılov milyonluq mülklərini satır
Klinsmann Ekvadorun baş məşqçisi olacaq
“Rəsulzadə-Elçibəy yolu” ifadəsinin anlamı nədir?
31 il sonra şok etiraf: "Qarabağ savaşını mən başlatdım" - Video
Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.28133] initstartout [0.00018] initstartin [0.00068] calstart [0.00912] calend [0.00055] topnewsend [0.00494] rsssend [0.00000] ehgend [0.00621] tagsstart [0.00062] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.25900]