Yolun buzunu təmizləyən qadını avtomobil vurub

  • 05 fev 2017, 12:39
Bakıda ağır yol qəzası baş verib. Lent.az xəbər verir ki, Heydər Əliyev prospektinin Sabunçudan keçən hissəsində yolun kənarındakı qar qalıqlarını təmizləyən qadını avtomobil vurub. Naməlum sürücünün idarə etdiyi nəqliyyat vasitəsi 40-45 yaşlı qadını vuraraq 10-15 metr kənara atıb. O, aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.
Qəzanı törədən sürücü avtomobili ilə birgə qaçıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər