İrandan ballistik raket sınaqları haqda bəyanat

  • 01 fev 2017, 14:35
Raket sınaqları İranın milli maraqları və təhlükəsizliyini müdafiə etməsi üçün ayrılmaz hüququdur.

Avropa.info xəbər verir ki, bu bəyanatla İranın XİN-nin nümayəndəsi Bəhram Qasemi çıxış edib.

"İran İslam Respublikasının prinsipial mövqeyini qeyd edərək deyirik ki, ballistik raket sınaqları İranın təhlükəsizlik hüququnun ayrılmaz hissəsidir və ölkənin beynəlxalq öhdəliklərini pozmur” – XİN nümayəndəsi belə deyib.

Qasemi qeyd edib ki, İranın nüvə proqramı müdafiə xarakteri daşıyır.

"İran ballistik raketlərindən heç biri nüvə başlığı daşıya bilməz, çünki raket proqramı BMT TŞ-nın İranın nüvə müqaviləsi ilə bağlı 2231 saylı qətnaməsinə daxil deyil” – Qasemi belə deyib.
Qeyd edək ki, İran 29 yanvarda orta mənzilli ballistik raketlərin buraxılışını keçirmişdi. Bununla bağlı ABŞ təcili surətdə BMT TŞ-nın qapalı iclasını çağırmışdı.
Oxşar xəbərlər