Milli Məclisin yaz sessiyası başladı

  • 01 fev 2017, 12:49
Milli Məclisin yaz sessiyası öz işinə başlayıb. 

Dövlət himinin oxunmasından sonra spiker Oqtay Əsədov sessiyanın başlanması münasibətilə deputatları təbrik edib və onlara uğurlar arzulayıb. 

Qeyd edək ki, iclasın gündəliyində Milli Məclisin İntizam komissiyasının və Hesablayıcı komissiyanın yenidən təşkil edilməsi, Milli Məclisin 2017-ci il yaz sessiyasının qanunvericilik işləri planının müzakirəsi və bir sıra digər məsələlər var.

Oxşar xəbərlər