Gəncədə şeyx Nizaminin adına sayqısızlıq

  • 31 yan 2017, 15:59
Ötən gün feysbukda dünya poeziyasının əzəmətli və əbədi şeyxi, dahi Nizami Gəncəvinin Gəncədə baxımsızlığı ilə diqqət çəkən büstü müzakirə və qınaq mövzusu olub. Qələm dostumuz, aktiv feysbuk istifadəçisi jurnalist Maarif Rzayev mövzuya dair üzücü fotonu da paylaşaraq, səhifəsində bunları yazıb. "...Gəncədə Dahi Nizaminin adınıdaşıdığı kiçicik bir məkanda, yol kənarında, olduqca narahat və dar bir ərazidə dahi Nizamiyə layiq olmayan büstü (abidəni-red) görmək, özü də baxımsız qiyafədə seyr etmək mənə də olmazın əzablar verdi. Qəlbimin dərinliklərində baş qaldırmış etiraz alovu daxilimi o qədər yandırdı ki.. Gorəsən bu abidəni və onun ətrafını belə baxımsız, unutqan bir vəziyyətdə saxlayan kimlərdir? Şəhərin mədəniyyət şöbəsi hara baxır?
Bəli, Nizami öz yurdunda ən boyük şəxsiyyətdir və ondan böyüyünü mən tanımıram. Onun Cahana sıgmayan əlçatmaz adı istər Mavzoleyə, istərsə də Abidəsinə ziyarətə gələn əcnəbi və qeyri- əcnəbilər tərəfindən çox böyük ehtiramla, məmnunluqla yad edilir. Bu Nizami adinin ən uca zirvə olduğundan xəbər verir. Amma...

Nizami prospektindəki xatirə abidəsinin baxımsız vəziyyətdə qalması onu sevənlərdə ikrah hissi yaradır, şeyxin adına ləkədən başqa bir şey deyil. Şəhərimizin xeyriyyəçilərini, imkanlı insanları bu işdə yardımçı olmağa, ölməz şairin adına layiq bu gözəl məkana tohfələr verməyə çagırıram. Təşəbbüs göstərin, həm də savab qazanın, dostlar. Biz ,media olaraq, bu xeyirxah işlərdə daim yanınızdayıq. Öz adımdan söz verirəm. Maarif Rzayev"

"Demokratik.Az" olaraq bildiririk ki, feysbukda yer alan bu xəbər geniş maraq və müzakirə predmeti olub. Etiraf edək ki, Gəncədə müşahidə olunan bu hal dahi Nizami Gəncəviyə, onun əzəmətinə  kölgə sala bilməz. Ümidvarıq ki, mövcud olan bu kiçicik nöqsan da tezliklə aradan qaldırılacaq. Axı, Nizami Gəncəvini bütün Azərbaycan xalqı sevir, onun ruhunun əbədiləşdirilməsi və təbliği isə dövlət siyasətidir. Aidiyyatı şəxsləri problemin həllinə çağırırıq.

 

Demokratik.Az

Oxşar xəbərlər