Sürücünü ağladıb videoya çəkən polis işdən qovulub

  • 25 yan 2017, 09:10
Dünən sosial şəbəkələrdə yol polisinin vətəndaşla dialoqunu özündə əks etdirən video görüntülər yayılıb. 


 

Demokratik.Az APA-ya istinadən xəbər verir ki, bu görüntülər sosial şəbəkələrdə yayıldıqdan dərhal sonra, həmin videonu lentə almış yol polisi inspektoru Elvin Mövlanov Baş Dövlət Yol Polisi İdarəsinə çağırılıb və o idarə rəhbərliyinin əmri ilə tutduğu vəzifədən azad edilib. 


Qeyd edək ki, 99 YP 965 dövlət nömrə nişanlı avtomobildə xidmət aparan Elvin Mövlanov yol-hərəkət qaydalarını pozan sürücünün yalvarışlarını və ağlamasını əks etdirən videonu çəkib. Həmin video sonradan sosial şəbəkələrdə yayılıb.

Demokratik.Az
Oxşar xəbərlər