Ata Buş xəstəxanadan evə buraxılacaq

  • 23 yan 2017, 22:10
Ötən həftə Hyustonda xəstəxanaya yerləşdirilən ABŞ-ın sabiq prezidenti Corc Buşun vəziyyəti xeyli yaxşılaşıb.
 

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə onun şəxsi həkimi Klint Doer bildirib.
 
Onun sözlərinə görə, 92 yaşlı C.Buş yanvarın 27-də evə buraxılacaq.
 
Yanvarın 18-də ABŞ-ın 41-ci prezidenti pnevmoniya ilə əlaqədar Hyuston xəstəxanasının reanimasiya şöbəsinə köçürülmüşdü.
 
Qeyd edək ki, C.Buş parkinson xəstəliyindən əziyyət çəkir və xüsusi kresloda hərəkət edir.
Oxşar xəbərlər