Ermənistanda atom elektrik stansiyasında qəza baş verdi

  • 22 yan 2017, 10:09

 

Ermənistanda atom elektrik stansiyasında qəza baş verib. Trend-in "İnterfaks" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan baş nazirinin müşaviri Şuşan Sardaryan deyib.


Onun sözlərin görə, yanvarın 21-də atom elektrik stansiyasının enerji təchizatı yüksəkgərginlikli elektrik ötürücü xəttində baş vermiş qəza nəticəsində dayandırılmışdır.


Sardaryan bildirib ki, qəza nəticəsində üçüncü enerji bloku operativ qaydada işə düşdü və elektrik enerjisini çatışmaması Gürcüstandan təmin edilmişdir.


Baş nazir müşavirinin sözlərinə görə, axşam saatlarında qəza aradan qaldırılmışdır.

Oxşar xəbərlər