İstanbul baş polis idarəsi qumbaraatanla vuruldu

  • 20 yan 2017, 22:54

 

"Vatan caddəsi”ndə yerləşən İstanbul Əmniyyət müdürlüyü raketatandan atəşə tutulub. Musavat.com xəbər verir ki, bu barədə bütün Türkiyə mediası canlı yayında məlumat veriblər. Məlumatda vurğulanır ki, raketatandan atəş açılsa da, binadan yan keçib.
 
Türkiyə KİV-ləri xəbəri yayarkən onu da vurğulayıblar ki, "Reina” qətliamının törədicisi  terrorist Abdulkadir Maşaripov hazırda Vatan caddəsində yerləşən həmin polis idarəsində sorğulanır.

Medianın yaydığı son xəbərə görə, terror hücumu zamanı ölən və yaralanan olmayıb.
Oxşar xəbərlər