"Nəsillərində kişi yoxdur ki,.." - Gülayın əri qalmaqal yaradıb

  • 16 yan 2017, 18:09

Müğənni Gülay Zeynalovanın həyat yoldaşı, idmançı Kamil Zeynallının son günlər sosial şəbəkədə yazdığı təhqirlər müzakirələrə səbəb olub. 

Axşam.az-ın məlumatına görə, aparıcı Şəbnəm idmançının videosunu paylaşaraq onun təyyarədə etdiyi hərəkətini tənqid etmişdi.

Aparıcının sözlərinə əsəbiləşən K.Zeynallı onun və dünyasını dəyişən anasının ünvanına söyüşlər işlətmişdi.

 


 

Ötən gün isə K.Zeynallı Şəbnəmdən üzr istəyərək bunları bildirib:

"Bəli, söymüşəm, əsəbi olmuşam. Kim məni sosial şəbəkədə pis mənada qınayırsa, ona artıqlamasıyla ağzının payını verərəm. Cinsindən asılı olmayaraq. Sözümə görə üzr istədim. Şəbnəmin valideynlərinin rəhmətə getməsini bilməmişəm. Şəbnəm yaxşı xanımdır, amma əsəbimdən baltanı kökündən pis vurmuşam. Səhər xanımın özü mənə zəng vurmuşdu ki, söhbətə aydınlıq gətirək. Danışdı, səsindən hiss etdim ki, sözlərimə görə pis olub. Mən də onun rəhmətə gedən valideynlərini bilmədən təhqir etmişəm, üzr istədim. Özünü tanıyan insan mənim kimi edərdi. Amma mən nə məhkəmə, nə də başqa bir şeydən çəkinməmişəm. Allaha and olsun ki, heç kimdən çəkinmirəm, lazım olsa, çıxaram çiyninə, qulağına deyərəm. Qarşı tərəf edərsə, belə şey etmişəm.

Kimsə mənim haqqımda paylaşım etsə, kişi olsa döyərəm, qadın olsa sözümü deyərəm. Məhkəmə yox, türməyə belə soxsalar, dediyimdən dönən deyiləm. Başqa heç kimdən üzr istəməmişəm. Yenə deyirəm, nə məhkəmədən, nə də polisdən qorxuram. Dediyim sözün ağasıyam. Arxamca danışan insanın isə hər şeyini söyürəm”.

K.Zeynallı daha sonra Şəbnəmdən məsələ ilə bağlı açıqlama alıb yazan jurnalist Əfruza Ağayevanın fotosunu sosial şəbəkədə paylaşaraq onun ailəsini söyüb.

Ə.Ağayeva açıqlama verərək idmançını məhkəməyə verdiyini söyləyib:

"Kamil Zeynallı mənim niyə şəklimi paylaşıb, küçə söyüşləri söyüb? Çünki aparıcı Şəbnəmi və rəhmətə gedən anasını söyüb. Bizim də hüququmuz var ki, bu yazını bir tərəfli verməyək və aparıcı Şəbnəmin də açıqlamasını alaq. Aldıq və hər ikisinin açıqlamasını yazdıq. Bu insan gecə telefonuma zəng edib və sms yazıb ki, aç telefonu yoxsa acığımı sənin rəhmətə gedənlərindən çıxacağam. Mən həqiqətən yatmış olmuşam, yatanda da çox insan kimi telefonumu səssizə qoyub, yatıram. Ayılanda telefonuma gələn mesajları gördüm, İnstaqrama girib şok oldum. İnsan necə biri olmalıdır ki, mənim valideynlərimin rəhmətə getdiyini bilə-bilə onları söysün? Şəbnəmdən üzr istəyir ki, bilməyib anası ölüb ona küçə söyüşü deyib, bəs mən? Mənim valideynlərimin rəhmətə getməsini bilirdi axı. 

Keçən dəfə belə bir problem olmuşdu. O, üzr istədi ki, bilməyib. Kamil, sən özün də qız övladı böyüdürsən, anan, həyat yoldaşın, sevdiklərin var. Həmin gecə əlimi Allaha qaldırıb, tək bir şey istədim ki, bu haqsızlıq yerdə qalmasın. Onu söyməyəcəm, çünki ailə tərbiyəm, səviyyəm var. Qadın söyüş söyməz, yaraşmaz. Qanun var, artıq məhkəməyə müraciət etmişəm, sonuna kimi də gedəcəm ki, Kamil bir də heç bir qadını qardaşsız, atasız bilib təhqir etməsin. Heç bir kişiyə yaraşmaz ki, Azərbaycan qadınını söysün, şəklini paylaşıb, səhifəsində olanlara da onu söydürsün. O şəklin altına da əksər kişilər yazmışdı ki, o xanımdır, şəklini paylaşmaq, söymək düzgün deyil. 

Kamil Zeynallı sadəcə deyir ki, burada mənəm Bağdadda kor xəlifə, mən hər birinizi söyə bilərəm, amma siz susun və qələt etməyin. Bu insanı durdurmaq lazımdır. Müstəqil, suveren dövlətdə yaşayırıq və qanunlarımıza güvənərək, inanaraq, inşallah, bu işin sonuna kimi gedəcəm”.

Jurnalistin məhkəməyə vermə xəbərindən sonra K.Zeynallı sosial şəbəkədə daha bir video paylaşaraq yenidən təhqirlər səsləndirib:

"Görün, nə qədər yazıq insanlarsız ki, ağzınıza gələni yazırsız. Bu qədər qadınları söymüşəm, amma nəsillərində bir nəfər kişi yoxdur ki, qabağıma çıxsın. Çünki onların nəsillərində kişi yoxdur. İnstaqramda yazan kişilər də qeyrətsiz və şərəfsizdilər”.

Oxşar xəbərlər