“Nağd rüşvət” yığışdırılır - yeni qanunun özəllikləri

  • 12 yan 2017, 22:26
Nağdsız hesablaşmalarla bağlı qanuna edilən dəyişiklik birmənalı qarşılanmır. Ekspertlər dəyişikliyi fərqli prizmalardan dəyərləndirirlər. Əksər ekspertlərin fikrincə, yeni tələblər sahibkarlarda narahatıq yaradır, onlar iri layihələrin icrasını təxirə salırlar.

Dövlət başçısının 2016-cı il 23 dekabr tarixli fərmanı ilə təsdiq olunmuş "Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanunu”nun 3.3. maddəsinə görə, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında iki yüz min manatdan artıq olan ticarət və ya ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği 30 min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15 min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. ƏDV məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında iki yüz min manatdan artıq olan vergi ödəyicilərinə münasibətdə Qanun 2017-ci il yanvarın 1-dən, digər vergi ödəyicilərinə münasibətdə isə 2017-ci il aprelin 1-dən qüvvəyə minir.

Ekspert Qubad İbadoğlu məsələ ilə bağlı bildirib ki, artıq bu qanunun tətbiqindən irəli gələn vəzifələrin icrası ilə əlaqədar olaraq, "Maliyyə Bazarlarına Nəzarət Palatası”, Vergilər Nazirliyi artıq bu istiqamətdə fəaliyyətlərə start verib. "Maliyyə Bazarlarına Nəzarət Palatası”nın Direktorlar Şurasının qərarına əsasən, ölkə ərazisində fəaliyyət göstərən bütün bankların və poçt rabitəsinin milli operatorunun fərmanda nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi barədə məlumatlandırılması təmin ediləcək, o cümlədən onların aidiyyəti əməkdaşlarına yeni hesabatlılıq sistemi barədə treninqlər keçiriləcək. Vergilər Nazirliyi buna nağdsız hesablaşmalara vergi bazasının genişləndirilməsi imkanı kimi baxır və müvafiq təkliflər hazırlayır. "Qanunun tətbiqindən irəli gələn məhdudiyyətlərdən isə sahibkarlar, xüsusilə də dövlət və büdcə əsaslı iri məbləğli sifarişlərlə işləyənlər narahatlıq keçirirlər. Heç kəsə sirr deyil ki, indiyə qədər investisiya büdcəsi təqvim ilinin əvvəlində nazirlər kabinetinin müvafiq qərarı ilə əlaqədar nazirliklər və icraçı təşkilatlar arasında bölüşdürüldükdən sonra onlar da sifarişləri özlərinə yaxın podratçılara, podratçılar da subpodratçılara verirlər. Bu prosesdə iştirak edən dövlət təşkilatlarının hər birinə müxtəlif faiz nisbətlərində geriyə ödənişlər nağd əməliyyatlarla aparılır. Eyni zamanda əmək haqlarına əlavə olaraq "paket” formasında ödənişlər də nağd pullardır. Bunları "MTN işi, "Rabitə işi” ilə bağlı istintaq materiallarında əks olunmuş ifadələr də təsdiq edir”,- deyə ekspert qeyd edib.

Onun fikrincə, belə olan halda bundan sonrakı dövrə mikro səviyyədə yaranmış problemlərin həllinin 2 ssenarisi müşahidə oluna bilər: "Birincisi, dövlət sifarişləri və xidmətlərinə geriyə ödənişlər və rəsmi əmək haqqına üstəliklər aradan qaldırılır, sahibkarlar üçün tenderlər sağlam rəqabət şəraitində şəffaf və hesabatlı keçirilir. Bu varıantın ehtimalı az olsa da hazırkı iqtisadi böhran dövründə onun reallaşıdırlması sahibkarlıq fəaliyyətini stimullaşdırılması və korrupsiyanın qarşısının alınması kimi vacib məsələnin həllində əhəmiyyətli rol oynaya bilər. 2017-ci il üçün təsdiq olunan dövlət büdcəsində tikinti xərcləri 2,5 milyard manatdan çox təsdiq olunub. Bu variantda reallaşacağı halda ən azı 500 milyon manatlıq rüşvət və korrupsiya əməliyyatları sıradan çıxa bilər. İkincisi, dövlət sifarişləri və xidmətlərinə geriyə ödənişlər vəsaitlər yeni üsullarla nağdladırılmaqla və yaxud nağdsız hesablaşmalarla ödənilir və bu mütərəqqi qanunun qəbuluna baxmayaraq yenə də hesablaşmalar köhnə qaydada nağd əməliyyatlarla davam etdirilir. Bu ölkədə mövcud iqtisadi böhranı daha da dərinləşdirməklə, korrupsiyanın davamlılığını da təmin edəcək”.

Q.ibadoğlu bildirib ki, nağd hesablaşmalar üçün nəzərdə tutulan məhdudiyyətlər demək olar ki, dünyanın əksər ölkələrində mövcuddur: "Məsələn, ABŞ-da bu iri əməliyyyatlar üçün ştatlar üzrə 10000 dollardan, İspaniyada 2500 avro, İtaliyada 1000 avro, Yunanıstanda 1500 avro, Bolqarıstanda 7500 avro, Çexiyada 15000 avrodan çox vəsaiti nağdlaşdırmaqfiizki və hüquqi şəxslərə qadağan edilir.Odur ki, Azərbaycanda da nağd əməliyyatların məhdudlaşdırılmasını nəzərdə tutan qanunun qəbulu təqdir olunmaldır. Lakin burda ən böyük narahatçılıq bu qanun da digərləri kimi kağız üzərində qalmasıdır”.

Həmçinin bildirilir ki, bu ildən ölkədə banklar müştərilərə kreditləri nağdsız formada verəcək. Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin Baş direktoru Samirə Musayeva bildirib ki, bu, Nağdsız hesablaşmalar haqqında” qanunda nəzərdə tutulub: "Müştəri istədiyi qədər vəsait əldə edə bilər. Əgər müştəri vergi ödəyicisi olmayan fiziki şəxsdirsə, vəsait nağdılaşdırılanda ondan vergi tutulmayacaq. Əgər müştəri sahibkarlıq fəaliyyəti ilə məşğuldursa, həmin vəsait nağdılaşdırılarkən banklar ödəmə mənbəyində 1 faizlik sadələşdirilmiş vergi tutmalıdır”.

Ekspert Natiq Cəfərli isə musavat.com-a bildirib ki, bu,nağdlaşdırma vergisidir: "Hesaba oturulan vəsaitin nağdlaşdırılması zamanı bir faiz vergi tutulacaq. Tamamilə yeni bir vergi növüdür. Yanlış bir yoldur. Dünyanın heç bir yerində belə ayrıca vergi növümövcud deyil. Bəzi ölkələrdə bank xidmətləri haqqı tutulur. Bu, banklar tərəfindən aparılan əməliyyatlarda xidmət haqqı kimi tutulur. Amma nağdlaşdırılmış vəsaitə ayrıca vergi tətbiq edilməsi doğru deyil. Biznesin işinin çətinləşdirilməsinəvə aparılan əməliyyatların bahalaşmasına səbəb olacaq. Bundan əlavə, pul köçürmələrin özünün də müəyyən dərəcədə ləngiməsinə və azalmasına səbəb olacaq. Bu vergilər iri məbləğlərdə kifayət qədər böyük bir həcm yaratdığından, biznes çevrələri öz aralarında banksız hesablaşmalara, nağd hesablaşmalaraüstünlük verəcəklər. Bu da müəyyən ticarət dövriyyəsinin, biznes əlaqələrinin dövriyyədən yayınmasına, əslində daha böyük vergidən yayınmasına səbəb olacaq”. 

Ekspertin sözlərinə görə, belə bir yanaşma banklara  gələcəkdə böyük problemlər yarada bilər: "İri məbləğdə kreditlərin verilməsindəvə sonradan nağdlaşdırılmasında belə vergilərin tətbiq olunması,bank əməliyyatları zamanı xüsusi verginin tətbiq olunması insanları,biznes çevrələrini nağd şəkildə hesablaşmalarayönləndirə bilər ki, bu da əslində ölkədəki ticarət dövriyyəsinin və ümumiyyətlə iqtisadiyyatın daha çox kölgəyə çəkilməsinəsəbəb ola bilər. Ən azından bir müddət sonra uyğulamadaproblemlər yaşanarsa, doğrudan da vəsaitin daha çox gizlədilməsi, nağd hesablaşmalara üstünlük verilməsi meydana çıxarsa, ola bilər müəyyən dəyişikliklər olsun. Hələlik hökumət büdcədə yaranmış problemləri bu tip əlavə vergi dərəcələri vasitəsi ilə həll etməyə çalışır. Hökumətin yanaşması budur. Vergi Məcəlləsinə birdən-birə 200-dən çox dəyişiklik edilməsi, 150 yeni maddənin tətbiq olunması əslində biznesi qorxudan əsas amillərdən biridir”.

Röya 
Oxşar xəbərlər