Baş Prokurorluq: `ANS rəhbərliyinə cinayət işi açılmayıb`

  • 09 yan 2017, 21:11

Lisenziyası ləğv edilmiş ANS Müstəqil Yayım və Media Şirkətinin rəhbərliyi barəsində Baş Prokurorluqda cinayət işi başlamayıb.


Baş Prokurorluğun mətbat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, bununla bağlı bəzi kütləvi informasiya vasitələrində yayılmış məlumatlar həqiqətə uyğun deyil: 

"Belə ki, şirkətin vəzifəli şəxsləri tərəfindən terrorçuluğun təbliğinə yönələn çağırışlar etmələri və digər faktlarla bağlı Baş Prokurorluqda toplanmış materiallar Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fəthullah Gülənin rəhbərliyi ilə Azərbaycan Respublikasında təhsil müəssisələrində və digər müxtəlif qurumlarda uzun müddət fəaliyyət göstərən "Hizmet harekatı”nın təəssübkeşləri tərəfindən dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd, sosial və dini nifrət, düşmənçiliyin salınmasına yönələn hərəkətlər edilməsi və digər faktlarla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işinə əlavə olunub”.

Hazırda həmin iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Demokratik.Az

Oxşar xəbərlər