Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

22:15 - 21.09.2019  
ƏLİ İNSANOV azad olunacaq, yoxsa həbs müddəti uzadılacaq?
Tarix: 9-01-2017, 09:55 | Bölmə: ---

Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun ətrafında yaranan müəmmalar tükənmək bilmir. Bu ilin oktyabrında 11 illik cəzası başa çatdıqdan sonra 3 əlavə cinayət maddəsi ilə üz-üzə qalan sabiq nazirin barəsində seçilən həbs qətimkan qərarının müddəti yanvarın 11-də bitir.
Amma hələ də onun məhkəməsinin başlayıb-başlamayacağı məlum deyil. İnsanovun istintaqından da bir xəbər yoxdur. Adətən indiyə qədər bu tipli işlərdə həbs qətimkan tədbirinin müddətinin bitməsinə ən azı bir həftə qalmış nəzərdə tutulan müddətin ya uzadıldığının ya da istintaqın bitib işin məhkəməyə göndərildiyinin şahidi olmuşuq. Amma sabiq nazirlə bağlı hələ də bunların heç biri yoxdur. Bu isə onun həbs müddətinin artırılacağı ehtimallarını daha da sürətləndirir.

Maraqlıdır ki, hələ də məhkəmə gözləmə mövqeyini seçib. Bu da bəzi iddiaların meydana çıxmasına səbəb olub. Belə ki, İnsanovu azad etmək üçün hakimiyyətin onun qarşısında bəzi şərtlər irəli sürdüyü deyilir. Hələ azadlığa çıxmasına aylar qalmış bu şərtlərdən imtina edən sabiq nazir üçün bunların şans olaraq qüvvədə qaldığı bildirilir. Hakimiyyətin onu azad etmək fikrində olduğu, lakin sabiq dövlət məmurunun israrının azadlığa qovuşmasına əngəl yaratdığı söylənilir.

İnsanovun yaxın çevrəsindən musavat.com-a verilən məlumatda da yayılan iddialar dolayısı yolla təsdiq olundu.
Hətta sabiq nazirlə anlaşmaq üçün ölkə iqtidarının vazkeçilməz iki şərtinin olduğu bildirildi. Bunlardan biri azadlığa çıxdıqdan sonra siyasətlə məşğul olmaması barədədirsə, digəri ölkəni tərk etməsi ilə bağlıdır.

Hələ 2013-cü ildə İnsanova onunla bərabər həbs edilən sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevlə birlikdə bu şərtlərin irəli sürüldüyü, qəbul edəcəkləri təqdirdə hər ikisinin eyni vaxtda azad olunacağı vədinin verildiyi də qeyd olundu. O zaman ikincinin bu şərtləri qəbul etdiyi, lakin sabiq səhiyyə nazirinin qətiyyətlə bundan imtina etdiyinə görə hazırda da dəmir qapılar arxasında olduğu söylənildi.

Bu fikirlərdə müəyyən qədər həqiqət payı var. Çünki 2013-cü ildə azadlığa çıxdıqdan sonra Fərhad Əliyev dərhal ölkəni tərk etdi və o hazırda Almaniyadadır. Azadlıqda olduğu müddət ərzində isə sabiq iqtisadi inkişaf nazirinin bir dəfə də olsun siyasətdə göründüyünün şahidi olmamışıq. İnsanovun heç vəchlə ölkəni tərk etmək fikrində olmadığı, azadlığa çıxdıqdan sonra siyasətlə məşğul olmaq fikrində qəti olduğu deyilir.

Sabiq nazirin yaxın çevrəsi qətiyyətlə onun şərtləri qəbul etməyəcəyini də bildirdilər. Hətta bunun üçün həbsxanadan məlumat göndərdiyini də qeyd etdilər. Verilən məlumatda o da iddia edildi ki, 11 ildən çox məhbəs həyatı yaşayan İnsanov belə şərtləri qəbul etməsini özü üçün "sınmaq” kimi qəbul edir.
Bütün bu amillərə görə onun həbs müddətinin uzadılması barədə məhkəmənin tələsmədiyi göz önündədir. Əgər sabiq nazir şərtləri qəbul edərsə, həbs müddətinin başa çatdığı günlərdə məhkəmə qərarı ilə onun "ev dustaqlığı”na buraxılacağı barədə xəbərlər yayılan iddialar sırasındadır. Əks halda həftənin ilk günləri onun həbs müddətinin uzadılacağı qaçılmazdır.
Ə.İnsanovun vəkili Toğrul Babayev "Yeni Müsavat” açıqlamasında hüquqlarını müdafiə etdiyi şəxs barəsində hansı qərarın veriləcəyi ilə bağlı istintaqın ona hələ də heç bir məlumatın verilmədiyini bildirdi. Vəkil məlumat verilən kimi bu barədə ictimaiyyəti məlumatlandıracağını da söylədi.

Xatırladaq ki, Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həbs edilib. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında Ə.İnsanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan edilməklə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Ötən ilin avqustunda azad olunmasına iki ay qalmış İnsanov barəsində Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2 (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri ilə cinayət işi başlanıb. Bu maddələr üzrə onu 10 il 6 ay həbs cəzası gözləyir.

Xəbər 2675 dəfə oxunub






Oxşar xəbərlər

"İMC" 2-ci “dəyirmi masa”sını Qazaxda keçirib
Şəhid övladı prezidentdən ev istəyir - MÜRACİƏT
ADAU-da təlimlər - yeni subsidiya qaydaları
Zaqatalada fındıq oğruları tutuldu
Şəmkir Regional Meşə Təsərrüfatı İdarəsinin rəisi meşələrə donuz salıb - VİDEO
İsa Qəmbər də Fuad Qəhrəmanlının əməlini pislədi
Rəsul Quliyev Əli Kərimlini istefaya çağırdı
Qorxunc həqiqət elm dünyasını silkələdi: Ölüllər qəbirdə hərəkət edir
Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı
Həbs cəzası azaldılan jurnalist yenidən aclığa başladı
İlham Əliyev: "Əsrin kontraktı"nın imzalanması tarixi hadisədir"
Robert Koçaryan zaminə buraxılmadı
İlqar Məmmədov “orta təbəqə var” yazdı - etiraz aldı...
Eldar Mahmudovun “sağ əli” ölkədən çıxmasından danışdı
Prokuror "Qusqa"ya cəza istədi - məhkəmədə gərginlik yaşandı
Ermənistanın xarici işlər və müdafiə nazirləri istefa verəcək
Elinanı kimlər şantaj edirmiş? - Məhkəmədən
Fövqəlnazirimiz ABŞ səfiri ilə görüşdü
Quba polisi qızıl oğrusu tutub
MTRŞ-nın yeni Aparat rəhbəri kim olacaq?
Bank Respublikadan onlayn kreditlərə 10% endirim
Novella Cəfəroğlu: “Cəmiyyət sülhə hazır deyil”
Davudoğlunun “sağ qolu” AKP-dən istefa verib
“Eldar Mahmudov ölkədən çıxıb və qayıdıb” - iddialar və şok sirlər
İsrail seçkilərinin pərdəarxası - nələr dəyişəcək?
Cəmil Həsənli radikal müxalifətin əsl üzü - VİDEO
Ruhun şad olsun Üzeyir bəy!
Moskvada polis rüşvətə görə həmkarlarını güllələdi
Azərbaycanda xanım müğənni qəzada öldü
Tramp və Zelenski görüşü barədə xəbər təsdiqlənib
PSJ “Real”ı 3 qolla məğlub edib
Nazir direktoru işdən çıxardı
DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır
Bu gün Milli Musiqi Günüdür
Səudiyyə hücumların qarşısında niyə ACİZ QALDI?
ABŞ İrana cavab zərbəsi endirməyi təklif edib!
Gülnarə Kərimova yoxa çıxıb
“Harya eydirsən, ayə”ni bəyənirdin axı, a bəy...
Müxalifətin bitməyən “ana” qovğası
Bakıda Fukusima kimi “qəza” - yaponlar Abutalıbova demişdilər ki...
TƏDBİR! Mətbuat Klubu öz işini bərpa edir - VİDEO
Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı
Azərbaycanda kredit təşkilatı satılıb
Nikol Paşinyan ABŞ-a səfərə gedir
Salyan-Şirvan yolunun yenidən qurulmasıyla bağlı prezidentə təşəkkür - VİDEO
Qabuniya Putini niyə söydüyünü açıqladı
Bakı sakini polis əməkdaşlarını da yandırmaq istədi
İTV-nin direktoru robota müsahibə verdi - Video
Zöhrə Abdullayeva oğlunun ölümündən sonra ilk dəfə efirdə belə danışdı
“Tək yatır, əri yoxdu…” - Hadisəyə söz atdı
Bakıda arvadını yandırmaq istədi - tutuldu
Pentaqon Trampı təkzib edib
Gənc Tamaşaçılar Teatrının tavanı çöküb
Milli Şuranın mitinq oyununun pərdəarxası - sensasion iddialar
BMT Baş Assambleyasının 74-cü sessiyası başlayır
Əflatun Amaşov ÜMŞA-nın sədrinin birinci müavini seçildi
Bakının xilas gününü işğal kimi qələmə verənlər var (?!)
Qubanın icra başçısı 700 bal toplayanlara maşın verəcək
Aytəkin Alxaslı "100 illik” medalı ilə təltif edilib
Rus məmur Naftalanda "şokolad"a girdiyi üçün işdən qovulacaq
Qəzet bir hərf səhvi ilə Stalinə “qavnokomanduyuşi” yazdı, güllələnmə aldı
Bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçirilir - Prezident və xanımı açılışda
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Ukrayna müdafiə xərclərini 10 milyard dollara çatdıracaq
Tramp İranı hədələyib
Vilayət Eyvazov: “..cinayətlərin sayı azalıb”
General Vaqif Axundovun AD GÜNÜNƏ - TƏBRİK!
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
İlham Əliyev və xanımı 300 saylı məktəbin açılışda
Şumaxer müalicə kursundan sonra Fransanı tərk edib

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.37978] initstartout [0.00022] initstartin [0.00102] calstart [0.01025] calend [0.00053] topnewsend [0.00413] rsssend [0.00000] ehgend [0.02135] tagsstart [0.00114] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.34108]