Kerri Trampı "Twitter"ə görə belə qınadı

  • 08 yan 2017, 15:59

ABŞ-ın hazırki dövlət katibi Con Kerri yeni seçilmiş prezident Donald Trampın "Twitter"dəki səhifəsini beynəlxalq siyasət məsələləri üzrə yaxşı kommunikasiya vasitəsi saymadığını bəyan edib.

AzVision.
Az xarici KİV-ə istinadən xəbər verir ki, Kerri Trampın Rusiya və Tayvan barədə tvitləri barədə suala cavab verərkən deyib: "Mən beynəlxalq siyasət barədə "Twitter"də bəyanat vermirəm. Düşünmürəm ki, 140 işarə çətin seçimlərin öhdəsindən düzgün gəlməyimizə yardım edə bilər".

Dövlət katibi yeni ABŞ hökumətinin başqa növ kommunikasiyaya üstünlük verəcəyinə ümid etdiyini vurğulayıb. Onun sözlərinə görə, bu yeni administrasiyadan asılıdır.

Demokratik.Az

Oxşar xəbərlər