Türkiyə İŞİD-in 35 hədəfini darmadağın etdi

  • 08 yan 2017, 15:49
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Əl-Bab bölgəsində həyata keçirdiyi "Fərat qalxanı” əməliyyatı nəticəsində İŞİD terror təşkilatına məxsus 35 hədəf bombalanıb. 


 

"Anadolu" agentliyi xəbər verir ki, bombardman nəticəsində 3-ü yüksək rütbəli İŞİD yetkilisi daxil olmaqla 37 terrorçu məhv edilib.


Əməliyyatlar nəticəsində terrorçuların 18 müdafiə barrikadası, 5 nəzarət nöqtəsi, 3 zirehli maşını, 2 qərargah binası və 7 sığınacağı məhv edilib. İŞİD terrorçuları ilə atışmada bir türk əsgəri şəhid olub.

Hazırda həmin bölgədə antiterror əməliyyatları davam etdirilir.
Oxşar xəbərlər