AQRAR SAHƏNİN AKTUAL PROBLEMLƏRİNƏ AİD ADAU-da daha bir dəyirmi masa

  • 08 yan 2017, 14:41

Azərbaycan Dövlət Aqrar Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun təşəbbüsü ilə yaradılan ingilis dili bilikləri olan gənc müəllimlər klubu növbəti dəfə dəyirmi masa ətrafına toplanıb. Üzümçü professor Famil Şərifovun adını daşıyan auditoriyada təşkil olunan dəyirmi masada torpaqşünaslıq və aqrokimya  kafedrasının dosent əvəzi, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Bəşirov "Şoran və şorakət torpaqların idarə olunması” mövusunda çıxış edib. Təqdimatdan sonra dəyirimi masa iştirakçılarının sualları məruzəçi tərəfindən cavablandırılıb, maraqlı müzakirələr aparılıb.

Qeyd etmək lazımdır ki, universitetdə ənənə halını alan dəyirmi masa hər həftə təşkil olunur.

Demokratik.Az

Oxşar xəbərlər