Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

06:21 - 22.09.2019  
“Eldar Mahmudov şəhərdə göründü” mesajının sirri...
Tarix: 7-01-2017, 11:17 | Bölmə: ---

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun uzun müddətdən sonra Azərbaycanda görünməsi ilə bağlı yayılan xəbər müzakirə olunan məsələlərdəndir.

Eldar Mahmudovun personasına maraq bu xəbərin geniş yayılmasına səbəb olub. Məlumatda iddia olunur ki, 2016-cı ilin dekabrında Eldar Mahmudovu Rusiyanın Azərbaycandakı səfirliyi binası yaxınlığındakı yolda "Porsche” markalı avtomobilin içərisində gedərkən görüblər.

Həmin vaxt avtomobili keçmiş nazirin oğlu Anar Mahmudov idarə edirmiş, özü isə ön oturacaqda əyləşərək, söhbət edirmiş. Hətta, Eldar Mahmudov avtomobillə gedərkən, yolda rastlaşdığı keçmiş polis tanışlarından birinə də salam verib. Avtomobildə ötəri söhbət edən Eldar Mahmudov daha sonra deyib ki, hər şey normaldır, heç bir problemi yoxdur.

Bu söhbətin ortaya çıxmasından sonra bir çoxları əminliklə Eldar Mahmudovun həbs edilməyəcəyini deyirlər. Bildirirlər ki, Eldar Mahmudovun şəhərdə maşında gəzməsi, köhnə tanışları ilə salamlaşıb "hər şeyin normal olmasını” söyləməsi düşünülmüş addımdır. Bu yolla sabiq nazir vaxtilə ətrafında olmuş, hazırda da vəzifədə olan şəxslərə mesaj yollayır. Özünün toxunulmaz olduğunu bu cür fəndlərlə cəmiyyətə ötürür. Və bu xəbərin də mediaya çıxmasında onun özünün də maraqlı olduğu qeyd edilir. 

Ümumiyyətlə isə E.Mahmudov vəzifəsindən çıxarılandan sonra barəsində ən müxtəlif xəbərlər ara-sıra mətbuatda peyda olub. Məsələn, 2016-cı ilin sentyabrında bir çox mətbu orqanlarda "Eldar Mahmudovu toyda görüblər” sərlövhəli xəbər yayılmışdı. 11 sentyabr 2016-cı ildə yayılan xəbərdə iddia edilirdi ki, E.Mahmudov  "AGBank”ın Müşahidə Şurasının sədri Çingiz Əsədullayevin oğlunun toyunda olub. 

Sitat: "Gununsesi.info saytını bilgiləndirən mənbə iddia edib ki, ”...sabiq MTN şefi yaxın dostu olan "AGBank”ın Müşahidə Şurasının sədri Çingiz Əsədullayevin oğlunun toy məclisində olub. Toy şənliyi "Böyük Saray” adlı şadlıq sarayında təşkil olunub. Qonaqlar arasında əyləşən Eldar Mahmudov toyda təbrik nitqi söyləməyib. Təxminən 2 saata yaxın məclisdə oturan sabiq nazir Çingiz Əsədullayev tərəfindən avtomobilinə qədər yola salınıb".

Sabiq nazirin ölüm xəbəri mətbuatda yer alıb və geniş müzakirələrə səbəb olur. Bu xəbərlərin yayılması bir neçə məqsədə xidmət edə bilər. 

Mümkündür ki, xəbərləri  Eldar Mahmudova yaxın çevrələr dövriyyəyə buraxsın. Bu halda xəbərin yayılması şantaj xarakteri də daşıya bilər.

Başqa bir versiya Eldar Mahmudovun ölüm xəbərinin ardında toyda, sonradan şəhərdə görünməsi xəbərinin "ildırım sürəti” ilə yayılması sabiq nazirin özünü qorumasına xidmət edir. 

Ölüm xəbərinin də geniş yayılması sabiq nazirin fiziki olaraq aradan götürülməsində maraqlı olan qüvvələrin marağından kənar deyil. Mümkündür ki, belə xəbərləri yaymaqla əvvəlcədən ictimai rəy formalaşdırsınlar və ardından da bu məlumat gerçəkləşsin.
E.Mahmudov belə xəbərlərin hansı "mətbəxlərdə və necə hazırlandığını” bilməmiş deyil. Odur ki, özünün sağ- salamat olduğunu diqqətə çatdırmaq üçün "toy məclisinə qatıldığını”, "şəhərdə gəzdiyini” mətbuata özünün adamları vasitəsi ilə ötürür. 

Bir versiya da istisna deyil; belə xəbərləri kimlərsə sensasiya yaratmaq və oxucu qazanmaq naminə gündəmə gətirir.

E.HÜSEYNOV
Xəbər 2523 dəfə oxunub






Oxşar xəbərlər

Deputat mandatının “BAZAR QİYMƏTİ” – 300 min çoxdur, yoxsa az?…
Misir Mərdanov vəzifədən necə çıxarıldığını açıqladı
“Yuventus”un qazancı 621 milyon avro olub
İki güləşçimiz dünya çempionatının finalında
"İMC" 2-ci “dəyirmi masa”sını Qazaxda keçirib
Şəhid övladı prezidentdən ev istəyir - MÜRACİƏT
ADAU-da təlimlər - yeni subsidiya qaydaları
Zaqatalada fındıq oğruları tutuldu
Şəmkir Regional Meşə Təsərrüfatı İdarəsinin rəisi meşələrə donuz salıb - VİDEO
İsa Qəmbər də Fuad Qəhrəmanlının əməlini pislədi
Rəsul Quliyev Əli Kərimlini istefaya çağırdı
Qorxunc həqiqət elm dünyasını silkələdi: Ölüllər qəbirdə hərəkət edir
Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı
Həbs cəzası azaldılan jurnalist yenidən aclığa başladı
İlham Əliyev: "Əsrin kontraktı"nın imzalanması tarixi hadisədir"
Robert Koçaryan zaminə buraxılmadı
İlqar Məmmədov “orta təbəqə var” yazdı - etiraz aldı...
Eldar Mahmudovun “sağ əli” ölkədən çıxmasından danışdı
Prokuror "Qusqa"ya cəza istədi - məhkəmədə gərginlik yaşandı
Ermənistanın xarici işlər və müdafiə nazirləri istefa verəcək
Elinanı kimlər şantaj edirmiş? - Məhkəmədən
Fövqəlnazirimiz ABŞ səfiri ilə görüşdü
Quba polisi qızıl oğrusu tutub
MTRŞ-nın yeni Aparat rəhbəri kim olacaq?
Bank Respublikadan onlayn kreditlərə 10% endirim
Novella Cəfəroğlu: “Cəmiyyət sülhə hazır deyil”
Davudoğlunun “sağ qolu” AKP-dən istefa verib
“Eldar Mahmudov ölkədən çıxıb və qayıdıb” - iddialar və şok sirlər
İsrail seçkilərinin pərdəarxası - nələr dəyişəcək?
Cəmil Həsənli radikal müxalifətin əsl üzü - VİDEO
Ruhun şad olsun Üzeyir bəy!
Moskvada polis rüşvətə görə həmkarlarını güllələdi
Azərbaycanda xanım müğənni qəzada öldü
Tramp və Zelenski görüşü barədə xəbər təsdiqlənib
PSJ “Real”ı 3 qolla məğlub edib
Nazir direktoru işdən çıxardı
DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır
Bu gün Milli Musiqi Günüdür
Səudiyyə hücumların qarşısında niyə ACİZ QALDI?
ABŞ İrana cavab zərbəsi endirməyi təklif edib!
Gülnarə Kərimova yoxa çıxıb
“Harya eydirsən, ayə”ni bəyənirdin axı, a bəy...
Müxalifətin bitməyən “ana” qovğası
Bakıda Fukusima kimi “qəza” - yaponlar Abutalıbova demişdilər ki...
TƏDBİR! Mətbuat Klubu öz işini bərpa edir - VİDEO
Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı
Azərbaycanda kredit təşkilatı satılıb
Nikol Paşinyan ABŞ-a səfərə gedir
Salyan-Şirvan yolunun yenidən qurulmasıyla bağlı prezidentə təşəkkür - VİDEO
Qabuniya Putini niyə söydüyünü açıqladı
Bakı sakini polis əməkdaşlarını da yandırmaq istədi
İTV-nin direktoru robota müsahibə verdi - Video
Zöhrə Abdullayeva oğlunun ölümündən sonra ilk dəfə efirdə belə danışdı
“Tək yatır, əri yoxdu…” - Hadisəyə söz atdı
Bakıda arvadını yandırmaq istədi - tutuldu
Pentaqon Trampı təkzib edib
Gənc Tamaşaçılar Teatrının tavanı çöküb
Milli Şuranın mitinq oyununun pərdəarxası - sensasion iddialar
BMT Baş Assambleyasının 74-cü sessiyası başlayır
Əflatun Amaşov ÜMŞA-nın sədrinin birinci müavini seçildi
Bakının xilas gününü işğal kimi qələmə verənlər var (?!)
Qubanın icra başçısı 700 bal toplayanlara maşın verəcək
Aytəkin Alxaslı "100 illik” medalı ilə təltif edilib
Rus məmur Naftalanda "şokolad"a girdiyi üçün işdən qovulacaq
Qəzet bir hərf səhvi ilə Stalinə “qavnokomanduyuşi” yazdı, güllələnmə aldı
Bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçirilir - Prezident və xanımı açılışda
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Ukrayna müdafiə xərclərini 10 milyard dollara çatdıracaq
Tramp İranı hədələyib
Vilayət Eyvazov: “..cinayətlərin sayı azalıb”

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.36659] initstartout [0.00024] initstartin [0.00103] calstart [0.01436] calend [0.00095] topnewsend [0.00641] rsssend [0.00000] ehgend [0.00996] tagsstart [0.00099] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.33260]